Tin surəsi 1-5

Hörmətli Adnan Oktarın 21 may 2013-cü ildəki söhbətindən Tin surəsi ilə bağlı izahlar.

ADNAN OKTAR: Sonra 95-ci surə gəlir. “Əncirə və zeytuna and olsun,” (Tin surəsi, 1) Ən yaxşı pəhriz yeməkləri əncir və zeytundur. Biri bədənin duz ehtiyacını çox yaxşı qarşılayar və yağ ehtiyacını çox yaxşı qarşılayar, digəri də şəkər ehtiyacını çox yaxşı qarşılayar. Buna görə də pəhrizdə, ən faydalı olan iki yeməkdən nümunə verilmişdir, inşaAllah.

“And olsun Sina dağına” deyir Allah. (Tin surəsi, 2). Bax, məsələn, dağa dırmaşmaq arıqladar. Onsuz da Sina dağı da əncir və zeytunun ən bol olduğu dağlardan biridir. Amma Sina dağına təbii ki, bir işarə var. Hz. Mehdi (ə.s), Sina dağında olacaq və hz. Mehdi (ə.s)-ın enəcəyi bir təpə var, çıxacağı və enəcəyi təpə. Onun şəklini göstər.

“And olsun bu təhlükəsiz diyara (etibarlı şəhərə).” (Tin surəsi, 3) Şeytandan Allaha sığınaram. Hal-hazırda Türkiyə təhlükəsiz bir diyardır Yaxın Şərqdə. O vaxt Məkkə, Peyğəmbərimiz (s.ə.v) vaxtında. Axırzamanda İstanbuldur, inşaAllah.

Niyə gözləyirəm? Çünki ayə oxuyarkən diqqətli olmaq fərzdir, bəli.

İndi o zeytun dağı baxın, Allah nə deyir: “Əncirə və zeytuna and olsun.” Bu da zeytun dağıdır. Məhz, hz. Mehdi (ə.s) çıxdıqda, bu təpədən aşağı doğru enəcək. Xristianlar, yəhudilər, müsəlmanlar hamısı olacaq aşağı qismində. Zeytun dağı deyilən bu məşhur dağ,… ardı...