təsirlənməzlər

Adnan Oktarın 26 iyun 2011 A9 Tv və Tv Kayseridəki canlı söhbətindən

Adnan Oktar: Şeytandan Allaha sığınıram Qəmər surəsi, “Onlar bir ayə (möcüzə) görsələr, arxa çevirərlər və: “(Bu,) Davam edən bir cadudur.” deyərlər.” Biz də deyirik ki, bax, Peyğəmbərimiz (s.ə.v)-in belə hədisi çıxdı, eynisiylə, deyirik, adamdan donquldanma gəlir. Kometa çıxacaq deyir, iki uclu kometa çıxacaq deyir, hamısı çıxdı deyirik. Ondan əvvəl yağışlar kəsiləcək dedi, bu da oldu. Ondan sonra yağışlar çoxalacaq dedi, o da oldu deyirik. Adamdan yenə donquldanma gəlir. Nə deyir ayədə  Allah, şeytandan Allaha sığınıram, “Onlar bir ayə (möcüzə) görsələr, arxa çevirərlər.” Yəni baş qoşmazlar deyir Allah. “Və: “(Bu,) Davam edən bir cadudur.”” deyərlər.” Cadudur bu, biz buna bu gözlə baxmırıq deyirlər. “And olsun, onlara (onları şirkdən və azmalardan) imtina etdirəcək nə qədər xəbərlər gəldi.” Xurafatçı dəstəsinə daima xəbərdarlıq gəlir, amma insanlar baş qoşmurlar. “(Ki hər biri) böyük bir hikmətdir.” Çox mənalı və gözəl sözlər eşitdikləri halda, deyir Allah, “lakin xəbərdar etmələri bir fayda vermir.” Xurafatçı dəstəsi heç təsirlənmir. Darvinist, materialistlərin də bu azğın dəstəsinə bunlar da təsir etmir, xurafatçı dəstəsinə də haqq-həqiqət təsir etmir. “Elə isə, sən onlardan üz çevir. Carçının onları “nə tanınmış, nə görülmüş” bir şeyə çağıracağı gün…” Bax, “nə tanınmış, nə görülmüş bir şeyə çağıracağı gün…”

quran_kitabi