təriqət
Hz. Mehdi (ə.s) zühur etməsiylə təriqətlərin hamısı ona beyət edəcək
Əbu Səiddən: Həsən ibn Əli əleyhissələm … belə buyurdu:
“… UCA ALLAH ONUN DOĞUMUNU GİZLƏYƏCƏK VƏ ŞƏXSİNİ SAXLAYACAQ. BELƏCƏ O, ZÜHUR ETDİYİNDƏ KİMSƏNİN BEYƏTİ ONUN BOYNUNDA OLMAYACAQ… ONUN QEYBİNDƏ ALLAH ONUN ÖMRÜNÜ UZADACAQ, SONRA ÖZ QÜDRƏTİ İLƏ ONU QIRX YAŞINDAN DAHA GƏNC GÖRÜNÜŞLÜ OLARAQ AŞKAR EDƏCƏK VƏ BU, ALLAHIN HƏR ŞEYƏ QADİR OLDUĞUNUN BİLİNMƏSİ ÜÇÜNDÜR.” (Kamal-ud Din, 1-ci cild, səh. 315)
Peyğəmbərimiz (s.ə.v) hədisi şərifində hz. Mehdi (ə.s)-ın doğumunun gizli olacağını yəni evdə doğulacağını bildirmişdir. Ayrıca hz. Mehdi (ə.s) uzun bir dövr insanların gözündən uzaq bir şəkildə evində yaşayacaq. İnsanların arasına çıxmayacaq. Hz. Mehdi (ə.s) heç bir təriqətə mənsub olmayacaq yəni, zühur etdiyində nə Nəqşibəndi, nə Qadiri, nə də başqa bir təriqətlə əlaqəsi olmayacaq. Əksinə təriqətlərin hamısı ona bağlanacaq və hz. Mehdi (ə.s) bütün təriqətlərin üstündə olacaq. Ayrıca Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ın uzun ömürlü olacağını və özü daha yaşlı olmasına baxmayaraq Allahın onu 40 yaşından daha gənc görünüşlü olaraq zühur etdirəcəyini də bildirmişdir.
“Mürşid şeyx Seyid Məhəmməd Rəşid həzrətləri belə buyurur: Dövrümüzə görə Nəqşibəndi təriqətindən başqa bütün təriqətlər həmişə müvəqqəti olmuşdur, daimi olmamışdır, yəni zamanla yox olub gedir. Yalnız, Nəqşibəndi qalmış və davam edəcək. İmam Rəbbani buyurdu: NƏQŞİBƏNDİ TƏRİQƏTİ DƏ HZ. MEHDİYƏ QƏDƏR DAVAM EDƏCƏK, ONA ÇATACAQ, GERİ QALAN TƏRİQƏTLƏR YOX OLUB GEDƏCƏK. TƏK NƏQŞİBƏND QALACAQ, HZ. MEHDİNİN ƏLİNƏ KEÇƏCƏK VƏ DAVAM EDƏCƏK.”
(Şeyh Seyyid Muhammed Raşid, Sohbetler, səh. 52, İkinci Baskı, Mesut Matbaası, Afyon; Seyyid Abdülhakim El-Hüseyni, Sohbetler, səh. 54, Menzil Yayınları, 2000-İstanbul)
Hz. Mehdi (ə.s) heç bir təriqət ya da şeyxə bağlı olmayacaq
İmam Həsən (ə.s) belə buyurmaqdadır: Məryəm oğlu İsa (ə.s)-ın onun arxasında namaz qılacağı Qaim (Hz. Mehdi (ə.s)) xaric, …. hamımızın boynunda beyət məsuliyyəti vardır. Uca Allah, BOYNUNDA HEÇ BİR KİMSƏNİN BEYƏT MƏSULİYYƏTİ OLMAMASI ÜÇÜN (HZ. MEHDİ (Ə.S)-IN) DOĞUMUNU GİZLƏYƏCƏK VƏ GİZLİ OLMASINI ƏMR EDƏCƏKDİR. (Mucəm-ul Əhadisi İmam Mehdi cild: 3 səhifə: 165)