tələbələr

ONUN DOSTLARI BULUDLARA MİNİB İSTƏDİKLƏRİ YERƏ GEDƏ BİLƏCƏKLƏR. (Mucem-ul Ehadis-i İmam Mehdi cild: 1,  səhifə: 296; Keşf-ul Ğummə cild: 2 səhifə: 470;  Muntəhab-ul Eser səhifə: 554)

 

Peyğəmbərimiz (s.ə.v), Hz. Mehdi (ə.s)-ın zühur edəcəyi axır zamanda istifadə ediləcək yüksək texnologiyaya bir çox hədisi şərifləriylə diqqət çəkmişdir. Peyğəmbərimiz (s.ə.v)-in bəhs edilən hədislərində verdiyi əhəmiyyətli məlumatlar  hazırkı dövrümüzdə istifadə edilən bir çox texnologiya yeniliklərlə üst-üstə düşür. Peyğəmbərimiz (s.ə.v)- in xəbər verdiyi axır zaman texnologiyalarından biri də təyyarədir və Hz. Mehdi (ə.s)- ın tələbələrinin də bu texnologiyadan faydalanacaqlarını bildirmişdir. Hədisə görə Hz. Mehdi (ə.s)-ın yaxın tələbələri və ona mənəvi cəhətdən dərindən bağlı olan digər müsəlmanlar, İslam əxlaqının dünya hakimiyyətinə vəsilə olacaq, təbliğ fəaliyyətləri üçün dünyanın dörd bir tərəfinə hava yolları vasitəsi ilə səfər edəcəklər. Peyğəmbərimiz (s.ə.v) bunu “buludlara minib istədikləri yerə gedə biləcəklər” ifadəsiylə çox dəqiq bir şəkildə ifadə etmişdir. Bilindiyi kimi buludlar ümumiyyətlə troposfer təbəqəsində yerləşir, təyyarələr də qitələrarası uçuşlarını bu təbəqənin üstündə yerləşən strotosfer üzərində edirlər.  Nəticədə Peyğəmbərimiz (s.ə.v)- in istifadə etdiyi “buludlara minib getmək” ifadəsi, deyilən bu elmi fikrlərə tam uyğun gəlir.

18

 

Hz. Ömər (radıyallahu ənh) izah edir: Rəsulullah (əleyhissalatu vəssalam) buyurdular ki: Allahın qulları arasında bir toplum var ki, onlar nə peyğəmbərlərdir, nə də şəhidlərdir. Hətta qiyamət günü Allah qatındakı mövqelərinin ucalığı səbəbiylə peyğəmbərlər də, şəhidlər də onlara qibtə edərlər.” Orada olanlar soruşdu: Ey Allahın Elçisi! Onlar kimdir? Bizə xəbər ver! Onlar,aralarında nə qan bağı, nə də bir-birlərinə bağışladıqları bir mal olmadığı halda, Allah üçün bir-birlərini sevənlərdir. Allaha and içərəm, onların üzləri mütləq nurdur. Onlar bir nur üzrədirlər. Xalq qorxarkən, onlar qorxmazlar. İnsanlar kədərlənərkən, onlar kədərlənməzlər və bu Quran ayəsini oxudu: “Xəbəriniz olsun Allahın dostları var ! Onlara nə qorxu var, nə də onlar kədərlənəcəklər” (Yunus surəsi, 62) (Əbu Davud, (3527))

1