Təhrim surəsi 1-7 11 12

Hörmətli Adnan Oktarın 26 noyabr 2010-ci il tarixli reportajından Təhrim surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Təhrim surəsini açmısınız. Rəhman və Rəhim olan Allahın adı ilə, şeytandan Allaha sığınıram. “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün haram qılırsan?. Allah Bağışlayandır, Rəhmlidir”. Zövcələri Peyğəmbərimiz (s.ə.v)-i bir qədər çətinliyə salırlar. Yəni çətinliyin içinə salırlar. Peyğəmbərimiz (s.ə.v) də onlardan inciyir və Allahın halal etdiyi, onun üçün halal olan, gözəl olan bir şeyi haram qılır. “Allah, andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, hökm və hikmət sahibidir”. Peyğəmbərimiz (s.ə.v)-ə: “And içdin, amma andından azad ol, kəffarə verməklə azad ola bilərsən” deyir.

Yəni o dövrdə xanımların arasında elə bir problem yaranmışdır. “Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sirr verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə o, bunun bir qismini sirr verdiyi zövcəsinə bildirdi, digər qismindən isə vaz keçdi”. Xanımların gizli danışıqlarını Cəbrayıl bildirir. İki xanımının arasında gizli danışıq keçmişdir. Peyğəmbərimiz (s.ə.v): “Bunu sənə bir sirr kimi verirəm, bunu əsla birinə demə” deyir. Xanımı da gedib dərhal bunu çatdırır, digər xanımına söyləyir. “Peyğəmbər bunu ona bildirdikdə zövcəsi… ardı...