təhlükə
İslamın sülh, sevgi və qardaşlıq dini olduğuna dair Quran ayələri :
Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)
Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir. (Yunus surəsi, 25)
… Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür …(Maidə surəsi, 32)
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.(Məryəm surəsi, 96)
Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz …(Ali İmran surəsi, 110)
Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)
Hz. İsa (ə.s)- ın yer üzünə sülh ve sevgi gətirəcəyinə, cinayət, zülm və döyüşlərə son verəcəyinə dair hədislər :
Vallah Məryəm oğlu İsa ədalətli bir hakim olaraq şübhəsiz enəcək… Və bütün… ardı...
Xurafatçıların səhv din anlayışı və bunun verdiyi zərərlər
Xurafatçıların insanların İslam dinindən çəkinmələrinə səbəb olan səhv din anlayışlarının qaynağı nədir?
Həqiqi İslam inancı ilə xurafatçıların xurafatlarla dolu inancları arasındakı fərqlər nələrdir?
Xurafat, Allahın Quranda bildirdiyi və Peyğəmbərimiz (s.ə.v)-in yaşadığı İslamdan çox fərqli bir din anlayışı kimi göstərməyə çalışan bir sistemdir. İndiki vaxtda xurafatçılar İslam anlayışını İslamdan kənar tam fərqli bir inanca çevirmişdir. Çünki xurafatçılıqda, Quran və sünnə deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edərlər. Peyğəmbərimiz (s.ə.v) də Axırzamanda xuraftçılığın bu xüsusiyyətinə diqqət çəkmiş və xurafatçılığın çox əhəmiyyətli bir təhlükə olduğunu hədisi şəriflərində xəbər vermişdir:
“ELM, ALİMLƏRİN QALDIRILMASI (VƏFAT ETMƏLƏRİ, ALLAHIN QATINA ALINMALARI) İLƏ ORTADAN QALXAR. ORTALIQDA HEÇ BİR ALİM QALMAZ. NƏHAYƏT İNSANLAR CAHİLLƏRİ RƏHBƏR VƏ ÖNDƏR EDƏRLƏR; MƏSƏLƏLƏRİNİ ONLARDAN SORUŞARLAR. ONLAR ELMƏ ƏSASLANMADAN XALQA FƏTVA VERƏR; HƏM ÖZÜ AZAR, HƏM DƏ XALQI AZDIRAR.” (Buxari, nr. 100, 7307; Müslim, Elm 13 (nr. 2673); Tırmizi, Elm 5 (nr. 2652))
Xurafatçılar İslam dininin təməli olan sevgi və barışa düşməndirlər
Xurafatçılar hər cür gözəlliyə nifrətlə baxarlar. Çiçəkdən, uşaqdan, heyvanlardan qısası Allahın yaratdığı hər gözəllikdən nifrət edərlər. Ruhlarında sevgiyə dair heç bir şey olmadığından içləri və ruhları bomboş və qapqaradır. Ruhlarındakı bu boşluq səbəbiylə qatı… ardı...
“Hal-hazırda yaşadığımız axır zamanda iman həqiqətlərinin birinci məqsəd, birinci vəzifə, əsl məqsəd olması lazımdır. Bunun xaricindəki şeylər ikinci, üçüncü, dördüncü dərəcədə qalmalıdır. Risalə–i Nurla onlara xidmət etmək ən birinci vəzifə, maraq mövzusu və əsl məqsəd olmalıdır. Risalə-i Nur çərçivəsi xaricində olan alimlər bu siyasi və ictimai həyatın bağları səbəbiylə iman həqiqətlərinin əhəmiyyətini ikinci, üçüncü dərəcədə buraxıb, o axınların təsirinə məruz qalaraq onlarla eyni fikri paylaşan münafiqləri belə sevər hala gəldi. Risalə-i Nurun həqiqi tələbələri iman həqiqətlərini izah etmə vəzifəsində ikən, zalımların şahmat oyunlarına bənzər mövzularla maraqlanaraq onların müqəddəs vəzifələrini pozmamaq və anlayışlarını qarışdırmamaq lazım olduğunu düşünürəm.”
(KastamonuLahikası, səh. 84-85)
Müstağnilik (özünü kafi görmə) böyük bir təhlükədir
· Müstağnilik nə üçün böyük bir təhlükədir?
· Özünü kafi görən insanların diqqətə çarpan rəftarları hansılardır?
· Cənab Adnan Oktar Müstağnilik təhlükəsini hansı nümunələrlə açıqlamışdır?
İnsan nəfsinin gözəllikləri olduğu kimi, hədsiz günah və pislikləri də saxladığı Quranda bildirilmişdir. Allahın göstərdiyi yol ilə gedən insanlar üçün nəfsini bu pisliklərdən uzaqlaşdırıb təmizləmək son dərəcə asandır. Ancaq bir çox insanlar bu yolda heç bir səy göstərməzlər. Özlərini olduqları kimi yaxşı və kafi görər, daha mükəmməl bir əxlaqa sahib olmaq üçün özlərində ciddi bir istək və ehtiyac hiss etməzlər. Bu da, bu insanlarda Allahın Quranda qadağan etdiyi “Müstağnilik” hissinin inkişafına səbəb olur.
Özünü kafi görən insanların diqqətə çarpan rəftarları
Din əxlaqından uzaq yaşayanlar, sabit fikirli olmaq, təkidlə davranmaq, inadkarlıq kimi xüsusiyyətləri olduğundan doğrunu gördükləri halda, qəbul etməkdə müqavimət göstərərlər. Məhz bütün bu pis əxlaq xüsusiyyətlərinin təməlində duran isə, Müstağnilikdir, yəni özünü kafi görmə xəstəliyidir. Bu insanların bəzi ortaq xarakter xüsusiyyətləri vardır:
Özlərini dərhal hər mövzuda kafi görmələri:
Halı, düşüncələri ya da rəftarları hər nə qədər əksik və səhv olursa olsun hamısı bir şəkildə özündən əmindir. Buna görə də doğruya, yaxşıya, gözəl olana qarşı yönəlmək axtarışları yoxdur. Çünki özünü… ardı...