təfərrüat
İşlər əhlinə (Hz. Mehdi (ə.s)-a) əmanət ediləndə Uca Allah onun üçün dünyanın ən alçaq hissəsini yüksəldəcək, ən yüksək yerləri də alçaldacaq. BELƏ Kİ, BÜTÜN DÜNYANI OVCUNUN İÇİNİ GÖRDÜYÜ KİMİ GÖRƏCƏK. İçinizdən hansınızın ovcunun içində bir saç teli olsa onu görə bilməz?
(Bihar-ül Envar, 5-ci cild, səh. 328)
HZ. MEHDİ (Ə.S) ÜÇÜN KAİNAT OVCUNUN İÇİ QƏDƏR AÇIQ OLACAQ.
(Bihar-ül Envar, cild 52, səh. 328)
Hz. Mehdi (ə.s.) dövründə peykdən görüntüləmə, televiziya və internet sistemləri hz. Mehdi (ə.s)-a xidmət edəcəkdir. Dövrümüzdə internet vasitəsiylə peyk görüntüləri ilə bütün dünya şəhərləri təfərrüatlı olaraq görüntülənə bilir.
Hədisdə hz. Mehdi (ə.s) və tələbələrinin, Axırzamandakı internet texnologiyasından faydalanacaqları aydın olur.
İmam Cəfəri Sadiq əleyhissalamın oğlu Məhəmmədin nəqlinə görə imam əleyhissalam belə buyurdu: “HZ. MEHDİ (Ə.S) QİYAM ETDİYİNDƏ hər məmləkətə bir səfir göndərəcək və hər bir səfiri belə buyuracaq. “SƏNİN ƏHDİN ƏLİNDƏDİR. Anlamadığın bir vəziyyətlə qarşılaşar və hökm verməkdə çətinlik çəkərsən ƏLİNƏ BAX VƏ ƏLİNDƏ YAZILANI TƏTBİQ ET. “…
(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, səh. 381)
Hz. Mehdi (ə.s) dövründə idarəetmə mövqeyində olan kəslər xəbərləşməni və bilmədikləri mövzuları araşdırıb öyrənməyi əllərindəki ovuc içi kompyuter və kompyuterli mobil telefonlarıyla internet vasitəsiylə həyata keçirəcəklər.
Peyğəmbərimiz (s.ə.v) Misirdə yaşanacaq hadisələri təfərrüatlı olaraq xəbər vermişdir
Peyğəmbərimiz (s.ə.v) axır zamanda yaşanacaq hadisələrin hamısını çox təfərrüatlı şəkildə xəbər vermiş, sanki bir təqvim kimi hz. Mehdi (ə.s)-ın hansı hadisələrdən sonra çıxacağını, hz. Mehdi (ə.s) çıxmamışdan əvvəl və çıxdıqdan sonra nələr yaşanacağını izah etmişdir. Peyğəmbərimiz (s.ə.v)–in xəbər verdiyi bütün hadisələr hicri, 1400 (miladi, 1979)-cü ildən etibarən ard-arda reallaşmış və bu xəbərlərin reallaşması ilə yüzlərlə hədisin səhih olduğu dəqiqləşdirilmişdir.
Rəsulullah (s.ə.v)-in xəbər verdiyi axır zaman hadisələrindən biri də, Misirdə yaşanan qarışıqlıqdır. Peyğəmbərimiz (s.ə.v) bu münaqişənin hansı hadisələrdən sonra baş verəcəyinə kimi hadisəni bütün ayrıntıları ilə təsvir etmişdir. Buna görə, iki uclu bir kometanın (ulduzun) çıxmasının ardından “ala qarğaya” bənzəyən bir şəxsin Misirdə qarışıqlıq və fitnələrə səbəb olacağını bildirmişdir
Naim ibn Hammad Fitendə və Əbu Cəfər Məhəmməd ibn Əli (r.ə)-dan belə rəvayət etdilər: “Abbasi Xorasana çatdığı zaman Şərqdə buynuz şəklində bir ulduz çıxacaq. Bu ulduz ilk dəfə çıxdıqda Allah Nuh qövmünü həlak etmişdir. Hz. İbrahim atəşə atıldığında da bu ulduz çıxmışdır. Firon qövmü məhv edildiyində və Yəhya ibn Zəkəriyə öldürüldüyündə də görünmüşdür. Siz o ulduzu gördüyünüz zaman fitnələrin şərindən Allaha sığının.
O ULDUZUN DOĞULMASI GÜNƏŞ VƏ AY TUTULMASINDAN SONRA OLACAQ. SONRA FİTNƏLƏR “ALACA QARĞA” MİSİRDƏ ZÜHUR EDƏNƏ QƏDƏR DAVAM… ardı... |