təbliğ etmək

ADNAN OKTAR: Fəth surəsi, 11. “Bədəvilərdən geridə qalanlar”, yəni İslamı təbliğ etməkdən, dini yaymaqdan geridə qalanlar, “sənə deyəcəklər ki: “Bizə mallarımız və ailələrimiz mane oldu”. Bədəvi demək; hanzolar, yəni belə cahil, mədəniyyətsiz, elmsiz, xam, kobud insanlar. “Bu İslamı yaymaqdan, Allah yolunda cəhd etməkdən geri qalanlar, sənə deyəcəklər ki, bizə mallarımız, ailələrimiz mane oldu”. Niyə sən deyirsən İslamı yaşamırsınız. Müsəlmanlarla birlikdə olmursunuz. “Ticarət edirik” deyir. “Axşama qədər ticarət işi, çeklər, sənədlər, heç vaxtımız olmur” deyir. Başqa? Bir də ailəmiz başımızı qatır.

Xanımına kürk alacaq, oğluna ayaqqabı alacaq, mən bunlarla məşğul oluram”, deyir. Allah onu onun içərisində boğur onsuz da. Yəni bütün vaxtını alacaq vəziyyətə gətirir Allah. Onsuz da mala və oğlunun içərisinə soxur. Onsuz da Allah Qurana, İslama, xidmətə niyyəti olmadığı üçün, Allah onu, o sistem içərisində boğur. “Bundan ötrü bizim üçün bağışlama dilə”. Bir də bizə bağışlanma istə deyirlər, üzr bəyan edirlər. Yəni biz bunu edirik, amma məcburuq. Müəyyən mal qazanmağımız lazımdır, uşaqlara baxırıq. Ona görə, bizə dua et, deyirlər. “Bağışlanma dilə” deyirlər. “Onlar ürəklərində olmayan şeyi dilləriylə söyləyirlər”.

Çünki bunlara İslamı, Quranı yaysanız, sizə 100 milyard verəcəyik desən, nə malı, nə o ailəsi, nə bir şeyi vecinə alar. Dəlilər kimi gecəli gündüzlü. Yəni belə bir iş görəcəyik; adama gedib… ardı...

 

“İsa (ə.s) onu (sandığı) alıb açacaq və içində bir möhür, min kitab tapacaq, bu kitablarla islamı canlandıracaq.”  (Risalet’ül Meşrepelverdi fi mezhebibil Mehdi, Ali bin Sultan Muhammed-el Kari, səh. 4 -Enis el-Cülesci kitabından)

Hədisdə verilən məlumatdan hz. İsa (ə.s)-ın Peyğəmbərimiz (s.ə.v)-in möhürüylə möhürlənilmiş kitabları hazır tapacağı, bu mükəmməl əsərlərlə islamı təbliğ edəcəyi aydın olur.


R0394

 

Hz. Mehdi (ə.s) dünya səviyyəsində təbliğ edərək insanların hidayətinə vəsilə olacaq

Mehdi (ə.s)ALOVLU HİDAYƏT MƏŞƏLİYLƏ ALƏMDƏ GƏZƏR və salehlər kimi yaşayar.   (əl-Mehdiyy-il Mev’ud, c: 1, s: 281-282 və 266 və 300.)

 

Hədisdə bəhs olunan “…ALOVLU HİDAYƏT MƏŞƏLİYLƏ ALƏMDƏ GƏZƏR…” ifadəsi üç xüsusiyyəti birdən ehtiva R0279edir. Bu xüsusiyyətlərdən

  • birincisi; “alovlu məşəl” ifadəsinin işarəli mənada işıq saçan bir vasitəyə diqqət çəkməsi,

 

  • ikincisi“hidayət” ifadəsinin bu vasitənin insanların hidayətinə vəsilə olması və

 

  • üçüncüsü də; “aləmdə gəzər” ifadəsinin hz. Mehdi (ə.s)-ın bu vasitə vəsiləsiylə bütün dünyaya çatacağına diqqət çəkməsidir.

 

Bu üç xüsusiyyətə birdən diqqət olunanda Peyğəmbərimiz (s.ə.v)-in bu hədisində bildirdiyi “alovlu hidayət məşəli”nin televiziya, internet və peyk üzərindən edilən nəşrlərə işarə etdiyi açıqca görülür. Peyğəmbərimiz (s.ə.v)-in digər hədislərində açıqca ifadə etdiyi kimi hz. Mehdi (ə.s) İstanbulda olacağına görə, “aləmdə gəzməsi” də ancaq etdiyi təbliğin, imani fəaliyyətlərin televiziya, internet və peyk vəsiləsiylə bütün dünyaya yayılması şəklində olacaq. Bütün bu dəlillər işığında hz. Mehdi (ə.s)-ın mükəmməl təbliğini TELEVİZİYA, İNTERNET və PEYK VASİTƏSİLƏ dünya səviyyəsində reallaşdıracağı və bu şəkildə insanların hidayətinə vəsilə olacağı aydın olur.

 

 

 

Hz. Mehdi (ə.s) insanlara öz evindən təbliğ edəcək

Hər kəs onun (hz. Mehdi (ə.s)ın) ətrafında sevdiyi uşaqlarına qəlbdən sevgi ilə bağlı atanın məclisində ya da qarşısında mərhəmətli bir kralın hüzurundaymış kimi oturacaq, sevinc verən ayələri və müjdələri sonsuz xoşbəxtlik yurdunda göstərəcək.

(Seyyid Murtaza Müçtehidi Sistani, Nashr Almas Yayınları, s.257 )

 459532tjmzb7gyf1qi0

 

 

Hədisdə hz. Mehdi (ə.s)-ın insanlara qarşı sevgi və şəfqətinə diqqət çəkilmişdir. Hz. Mehdi (ə.s.) hər kəsə sevgi və mərhəmətlə yanaşacaq, onun yanında bütün insanlar hüzur və sakitlik tapacaqlar. Həmçinin, hədisdə hz. Mehdi (ə.s)-ın müjdəçi olmasına da toxunulur. Hz. Mehdi (ə.s) gəldiyi dövrdə xalqı, içində olduqları çətin vəziyyətdən Quranın nuru ilə çıxaracaq, çətinliyə düşmüş olan insanları müjdələri ilə sevindirəcək.