şüur

Sən bir hənif kimi üzünü dinə tərəf çevir! (Rum surəsi, 30)

Uca Allah Quranda insanlar üçün seçdiyi İslam dininin insanın fitrətinə (yaradılışına) ən uyğun həyat şəkli olduğunu bildirir. Başqa sözlə, insanın fitrəti Allaha qul olma və Allaha etimad üzərində qurulmuşdur. Əgər Uca Allaha bağlanmağa və hər işində Ona yönəlməyə möhtac olan insan bu fitrətə uyğun yaşasa, həqiqi etibara, dincliyə, xoşbəxtliyə və qurtuluşa çatar. Bu fitrəti rədd edib Quran əxlaqından üz çevirəndə isə çətinlik, qorxu, narahatlıq və əzab dolu bir həyat sürər.

İnsanlar üçün etibarlı olan bu qayda cəmiyyətlər üçün də etibarlıdır. Əgər bir cəmiyyət Allaha iman edən insanlardan meydana gəlirsə, ədalətli, dinc, xoşbəxt bir cəmiyyət olar. Ancaq əgər bir cəmiyyət Allahdan və iman etməkdən üz çeviribsə, cəmiyyətin nizamı da təməldən xarab, çürük və primitivdir.

Allahdan üz çevirən cəmiyyətlər araşdırılanda bu həqiqət asanlıqla görünür. Dinsizliyin yaratdığı ən əhəmiyyətli nəticələrdən biri hər şeydən əvvəl əxlaq anlayışının yox edilməsi və tamamilə degenerasiya olmuş cəmiyyətlərin meydana gəlməsidir. Dini və əxlaqi sərhədləri tapdalayan və yalnız insani istəklərə söykənən bu mədəniyyət əslində həqiqi mənada bir zülm sistemidir. Belə bir sistemdə cinsi azğınlıqdan narkotikə qədər hər cür degenerasiya təşviq görər. İnsan sevgisindən uzaq, eqoist, cahil, düşünə bilməyən və ağlını istifadə edə bilməyən cəmiyyətlər meydana gələr. Çünki, bu… ardı...