sözlər

Bədiüzzamanın ümidsizlik ilə əlaqədar sözləri

1- ci.  Ümidsizlik ən dəhşətli bir xəstəlikdir ki, İslam aləminin ürəyinə girib. Məhz o ümidsizlikdir ki, bizi öldürmüş kimi qərbdə bir-iki milyonluq kiçik bir dövlət, şərqdə iyirmi milyon müsəlmanları özünə xidmətçi və vətənlərini müstəmləkə hökmünə gətirmiş. Həm o ümidsizlikdir ki, yüksək əxlaqımızı öldürmüş, həm mənəvi qüvvətimizi qırmış. Az bir qüvvəylə, imandan gələn mənəvi qüvvəsiylə şərqdən qərbə qədər zəbt etdiyi halda, o möcüzə mənəvi qüvvəsi  ümidsizliklə qırıldığı üçün  zalım xaricilər dörd ildən bəri üç milyon müsəlmanı özlərinə əsir etmişlər.

HƏTTA, BU ÜMİDSİZLİK İLƏ BAŞQASININ  ZƏİFLİYİNİ ÖZ TƏNBƏLLİYİNƏ HÜSNÜ ZƏNN EDİB “NƏYİMƏ LAZIMDIR” DEYİR,  “HƏR KƏS MƏNİM KİMİ BƏRBADDIR” DEYƏ İMANDAN GƏLƏN İGİDLİYİ TƏRK EDİB İSLAMA XİDMƏT ETMİR. Madam bu dərəcə bu xəstəlik bizə bu zülmü etmiş, bizi öldürür; biz də o qatilimizdən qisasımızı alıb öldürəcəyik… qılınc ilə o ümidsizliyin başını parçalayacağıq… hədisinin həqiqətiylə belini qıracağıq inşaAllah. ÜMİDSİZLİK; ÜMMƏTLƏRİN, MİLLƏTLƏRİN “XƏRÇƏNG” DEYİLƏN ƏN DƏHŞƏTLİ BİR XƏSTƏLİYİDİR VƏ YAXŞILIQLARA MANE VƏ HƏQİQƏTİNƏ MÜXALİFDİR; QORXAQ, AŞAĞI VƏ ACİZLƏRİN GÜNAHIDIR, BƏHANƏLƏRİDİR. İslamdan gələn igidliyin əsli deyil.  (Xütbəsni… ardı...

 

 1-  ci 

İSTİQBAL-İ DÜNYƏVİYƏDƏ 1400 İL SONRA GƏLƏCƏK BİR HƏQİQƏTİ ƏSRLƏRİNDƏ KARİB (YAXIN) ZƏNN ETMİŞLƏR… (Sözlər, səh.318)       

USTADIN BU İFADƏSİ “SÖZLƏR” RİSALƏSİNDƏ KEÇİR. SÖZLƏR RİSALƏSİ 1926 –CI (HİCRİ 1345-Cİ) İLDƏ TAMAMLANMIŞDIR. YƏNİ HİCRİ 1300-CÜ İL ƏRZİNDƏ  USTADIN BÜTÜN ƏSƏRLƏRİ TAMAMLANMIŞDIR  VƏ  HİCRİ 1300-CÜ İLDƏ VƏFAT ETMİŞDİR. HALBUKİ USTAD BU SÖZÜNDƏ HZ. MEHDİ (Ə.S.)-IN HİCRİ 1400 –CÜ İLDƏ ZÜHUR EDƏCƏYİNİ İFADƏ EDİR.

Səkkizinci Əsl: Cənabı Hakimi Mütləq, bu təcrübə və imtahan meydanı çox mühüm şeyləri, çox əşyanı içində saxlayır. Saxlamaqla çox hikmətlər, çox işlər bağlıdır. Məsələn: Qədr gecəsi, ümumi ramazanda; duanın qəbul edildiyi saatı, cümə günündə; məqbul vəlisini, insanlar içində; əcəli, ömür içində və qiyamətin vaxtını dünya həyatı içində saxlamış. Çünki insanın əcəli müəyyən olsa, yarı ömrünə qədər qəti bir qəflət, yarıdan sonra dar ağacına addım-addım yaxınlaşmaq kimi bir dəhşət verəcək. Halbuki axirət və dünya tarazlığını mühafizə etmək və hər vaxt qorxu və ümid hissləri vəziyyətində olmaq lazımdır ki, hər dəqiqə həm ölmək, həm yaşamaq mümkün olsun. Bu halda naməlum tərzdə keçən  iyirmi il  ömür  min il  ömürdən daha məsləhətlidir. . Elə qiyamət də dünyanın əcəlidir. Əgər vaxtı aşkar olsaydı,… ardı...