Saff surəsi 7-13

Saff surəsi, 7-13-cü ayələrin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Saff surəsi, 7 “İslama dəvət edildiyi halda,” təbliğ edildiyi halda, “Qurana, İslama tabe ol” deyildiyi halda, “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?” Yəni, təsadüfən yaradıldı, palçıqdan təsadüfən yaradıldı deyə yalan uydurursa Allaha qarşı, böhtan atırsa, zalım olmuş olar. “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?” İkinci şərhiylə ayənin “xurafatlar”. Məsələn, bunu etsəniz cəhənnəmdən xilas olarsınız, deyir. Nəyə görə? Quranda varmı? Yox. Haradan söyləyirsən? Peyğəmbərimiz (s.ə.v)- in elə bir bəyanı varmı? Yox, xurafat. Və yaxud “bu halaldır, bu haramdır” -deyir. Nəyə görə? Quranda varmı? Yox. Peyğəmbərimiz (s.ə.v)- dən gələn belə bir xəbər varmı? Yox. Nəyə görə? Xurafat.

Baxın, “Allaha qarşı yalan uydurandan daha zalım kim ola bilər?” Deməli münafiqlər və müşriklər ən zalım dəstədir. “Allah zalım camaatı doğru yola yönəltməz”. Yəni, onlara hakimiyyət verməz, güc verməz, hər yerdə əzilib, xor görülüb, alçaldılarlar. Dövləti varsa, dövləti çökər. Həll nədir? Qurana tam tabe olmaq, Quran əxlaqına tam tabe olmaq, Qurana əlavə etməmək, çıxartma etməmək, Quranın kafi olduğuna iman etmək. Rəsulullah (s.ə.v)- in sünnəsi və Qurana boyun əymək. 8: “Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər”. İslamı Birliyini dayandırmağa çalışır, Mehdiyyəti dayandırmağa çalışır, Türk İslam Birliyini dayandırmağa… ardı...