səy

Pol Deyvisin (Paul Davies) “Çox kainat” üçün ümidsiz səyi

Nyu York Tayms (The New York Times) qəzetinin 12 aprel 2003-cü il tarixli buraxılışında, məşhur astrofizikçi Pol Deyvisin “Çox kainatın qısa tarixi” (A Brief History of the Multiverse) başlıqlı bir yazısı nəşr olundu. Deyvis materialist mütəfəkkirlərin, kainatdakı həssas dizayn qarşısında sığındıqları son arqument olan “bəlkə sonsuz sayda kainat vardır və bunlardan biri olan bizim kainatımız təsadüfən yaşamağımızçün uyğun olmuşdur ” iddiasını müdafiə etməyə çalışırdı.

Əvvəl materialistlərin nə üçün belə bir arqument ortaya atdıqlarını qısaca göstərmək lazımdır: Min illərdir İlahi dinlər və Allahın varlığını qəbul edən fəlsəfələr, kainatda bir məqsəd və dizayn olduğunu müdafiə etmişlər, materialistlər (yəni maddədən başqa heç bir şeyin olmadığını iddia edənlər) isə bu cür bir məqsədin və dizaynın varlığını rədd etmişdilər.

Ancaq XX əsrdəki ardıcıl astronomik və fiziki tapıntılar, kainatdakı dizaynın rədd edilə bilməyəcək qədər aşkar olduğunu ortaya çıxardı. Bu tapıntılar kainatın başlanğıc anındakı Böyük Partlayışın (Big Bang) sürətindən kainatdakı dörd əsas qüvvənin şiddətlərinə, elementlərin quruluşundan içində olduğumuz Günəş sisteminin quruluşuna qədər hər şeydə bütün amillərin “tam lazımi dərəcədə” olduğunu göstərdi. Elm adamlarının 70-ci illərdə “İnsani Qanun” (Anthropic Principle) deyə xarakterizə edərək açıqladıqları bu böyük kəşf materialistlərin əsrlərdir müdafiə etdikləri “kainatda məqsəd və dizayn yoxdur” tezisini açıq şəkildə… ardı...