şərhlər

Təşbehli ayələr ilə əlaqədar şərhlər

ADNAN OKTAR: Allah Haqqə surəsinin 32-ci ayəsində buyurur: “Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!” ayədə yeddi rəqəmi keçir və bu yetmiş arşın ilə görəsən Allah bildiyimiz bir zəncirimi, yoxsa daha fərqli bilməyəcəyimiz bir sisteməmi işarə edir?

 

Şeytandan Allaha sığınıram. Allah Məaric surəsinin 4-cü ayəsində buyurur: “Mələklər və ruh (Cəbrail) Onun dərgahına (dünya ilə müqayisədə) müddəti əlli min il olan bir gündə qalxarlar”. Müəllimim, Allah məkandan münəzzəh və ucalar ucasıdır. Bu ayəni necə izah edə bilərik?

 

İndi zaman nisbidir. Quranda bir çox yerdə keçir, müxtəlif zaman vahidləri verilir. Amma Allah üçün zaman tək bir andır. An nədir? Ola biləcək ən qısa zamandır. Yəni sonsuz qısa zamandır. Sonsuz əvvəl və sonsuz sonra içərisindəki əlli min il olan bir gündə Allahın qatına qalxarlar. Allah onu bir gözəllik olaraq edir. Allah onu mələklərə elə qavratdırır, əlli min il olaraq qavrayırlar. Məsələn, bir başqası da, min il olaraq qavrayır, digəri bir gün olaraq, bir başqası bir saat olaraq qavrayır. O bir gözəllikdir. Məsələn, bir başqası da bir dəqiqə olaraq qavrayır. Əlli min illik yolu bir dəqiqə olaraq qavramış olur. Allah Təala xoşlarına gəlsin deyə, gözəllik olsun, əzəməti, böyüklüyü yaxşı təqdir edilsin deyə belə möcüzələr yaradır.… ardı...

 

Son dövrdə bəzi Nurçu qardaşlarımız Bədiüzzaman Səid Nursi Həzrətlərinin, hz. Mehdi (ə.s)-ın gəlişi ilə əlaqədar çox açıq bəyanlarına son dərəcə səhv şərhlər gətirirlər. Bu şərhlər Bədiüzzaman Həzrətlərinin mehdiyyət mövzusundakı açıq və dəqiq izahlarıyla açıq-aşkar ziddiyyət təşkil edir. Həm də peyğəmbər əfəndimiz (s.ə.v)-in hədislərində xəbər verdiyi məlumatlara da uyğun deyil.   Xüsusilə Nur tələbələrinin içindəki böyük qardaşların bəziləri Ustadın hz. İsa (ə.s) və hz. Mehdi (ə.s.) ilə əlaqədar açıq və aydın izahlarını səhv bir dünyagörüşüylə qiymətləndirirlər. Halbuki, Ustad risalələrində keçən  ifadələrini peyğəmbərimiz (s.ə.v)-in hədisləri və böyük İslam alimlərinin fikirləri istiqamətində etmişdir. Və açıq bir şəkildə hz. Mehdi (ə.s)-ın hicri 1400-cü ildə, yəni, yaşadığımız dövrdə gələcək bir şəxs olduğunu izah etmişdir. Ancaq Nur tələbələri Ustadın son dərəcə açıq izahlarını guya mütəşabihdirlərmiş, başa düşülməsi çətin ifadələrmiş kimi qiymətləndirib təkrarən Ustadın sözlərini şərh etməyə cəhd edirlər. Bu son dərəcə böyük bir səhv və Ustadın şəxsinə qarşı edilmiş bir ayıbdır. Ustad son dərəcə hikmətli danışan, risalələrindən çox açıq və dəqiq ifadələr istifadə edərək hadisələri izah edən bir mücəddiddir. Onun şərhlərini yenidən təfsir etməyə qalxmaq, təfsirin təfsirini, şərhin şərhini etmək kimi olar ki, bu da heç doğru bir üsul olmaz.     1.HZ. MEHDİ (ƏS)-IN ÜÇ VƏZİFƏSİNİ GUYA  3 AYRI ADAMIN EDƏCƏYİ İDDASI TAMAMİLƏ… ardı...

 

1-Cİ … Bəli, hədisi şərifin ifadəsiylə hz.İsanın səmadan enişi qəti olmaqla birlikdə, işari məna ilə başqa həqiqətləri ifadə etdiyi kimi, bu həqiqətə də möcüzəvi bir şəkildə işarə edir. (Kastamonu Lahikası, Məktub 51, səh. 50)

2- Cİ .. Bəli  hər vaxt səmadan mələkləri yerə göndərən və bəzi vaxtda insan surətinə salan (Həzrəti Cəbrayılın “Dihyə” surətinə girməsi kimi) və cin və mələk kimi ruhani varlıqları ruhlar aləmindən göndərib insan surətinə salan, hətta ölmüş övliyaların çoxlarının ruhlarını cəsədi misalıyla dünyaya göndərən bir Hakimi Zülcəlal, hz. İsanı, İsa dininə aid  mühüm bir gözəl nəticəsi üçün deyil, göylər aləmində cəsədiylə olan və həyatda olan hz.İsa, bəlkə axirət aləminin ən uzaq küncünə getsəydi və həqiqətən ölsəydi, yenə də  böyük bir nəticə üçün ona yenidən cəsəd geydirib dünyaya göndərmək O hakimin hikmətindən uzaq deyil… Bəlkə Onun hikməti elə lazım olduğu üçün vəd etmiş və vəd etdiyi üçün əlbəttə göndərəcək. …(Məktubat, on beşinci məktub, səh. 56-57)    

 

3- cü … Və Qurana tabe olaraq o İsəvilik şəxsi mənəvisi və İslamiyyət, tabe olunan mövqesində qalacaq. Haqq din olan İslam, bu iştirak nəticəsində böyük bir qüvvə tapacaq. Dinsizlik  axınına qarşı ayrı-ayrılıqda məğlub olan isəvilik və islamiyyət birləşmələri nəticəsində, dinsizlik axınına qalib gəlib… ardı...

 

İmam Cəfəri Sadiq (ə.s) belə buyurdu:

“Qaimimiz qiyam etdiyi zaman, Peyğəmbər (s.ə.v)-in  cahiliyyət cahillərindən görmədiyi şeyləri, (öz zamanının) cahil insanlarından görəcək.”

Fuzeyl belə ifadə etdi: Bu necə olacaq?”

 O da belə buyurdu:  “Peyğəmbər (s.ə.v) gəldiyi zaman insanlar daşlara və yonduqları heykəllərə ibadət edirdilər. ANCAQ QAİMİMİZ QİYAM ETDİYİ ZAMAN İNSANLAR ALLAHIN KİTABINI ONUN ƏLEYHİNƏ ŞƏRH VƏ TƏFSİR EDƏCƏKLƏR. ONA QARŞI ALLAHIN KİTABINDAN DƏLİL GƏTİRƏCƏKLƏR.” (Mucem-ul Ehadisi İmam Mehdi 3-cü cild, səh. 500, Bihar 52-ci cild, səh. 362)

110

 

(Kayseri TV, 10 Noyabr 2010-cu il)

Şeyxi Əkbər bu haqda belə bir şeir söyləmişdir:

Diqqət yetirin, Vəlilərin sonu şəhiddir. Varlıqlar imamının gözüdür. O, Əli Əhməd nəslindən çıxan Seyid Mehdidir. Nadanlıqları aradan qaldıracaq iti bir qılıncdır! Bütün kədər və zülmətləri ortadan qaldıracaq bir Günəşdir. Lütfkarlıq göstərməkdə çox bərəkətli bir yağış kimidir.

Hz. Mehdi (ə.s) şəhiddir. Çox nümunəvi bir imamdır. Peyğəmbərimiz (s.ə.v)-in nəslindəndir. Elm qalxanıdır, fitnələri ortadan qaldıracaq, çox iti, çox təsirli bir qılıncdır. Bütün kədər və zülmətləri, eyni zamanda insanlarda qəmi, stresi, gərginliyi, ağrıları, bütün psixoloji pozğunluqları ortadan qaldıracaq. Hər cür zülmü, işgəncəni, təhdidləri, insanların əziyyət çəkdiyi hər cür hadisələri aradan qaldıracaq bir Günəşdir. Atatürk nə deyir? “Günəşdir” deyir. Bədiüzzaman nə deyir? O da “Günəşdir” deyir. Rəsulullah (s.ə.v) də hədisində “Günəşdir” deyir. Yağış kimi lütfkarlıq yağdırar.

Artıq vədə yetişmişdir. Keçən üç əsrdən sonra gələn dördüncü əsrdə aşkar olmuşdur. Çünki Peyğəmbərimiz (s.ə.v) üç əsri bir yerdə zikr etmiş, onları dördüncü əsrin izlədiyini demişdir. Necə ki, bir rəvayətdə “Üçü bir-birinin ardınca, biri isə tək başına…” deyilir.

Yəni üç əsr dalbadal, biri də tək, cəmi dörd edir. Min də əlavə etsək hicri 1400 edir. Çünki, İmam Rəbbani, Peyğəmbərimiz (s.ə.v)-in vəfatından min il sonra gələcəyini bildirmişdir. Bunu da nəzərə alıb düşünsək, hicri 1400-cü il çıxır.… ardı...