səmimi

Səmimi müsəlmanlar hz. Mehdi (ə.s) və tələbələrini zamanla sevib təqdir edəcəklər

… Hz. Peyğəmbər (s.ə.v) belə buyurdu: “Cəbrayıl mənə xəbər verdi ki, Əhli-beytim məndən sonra zülmə uğrayacaq. Bu zülm onlardan olan hz. Mehdi (ə.s) ortaya çıxana, onların (hz. Mehdi (ə.s) və tələbələri) adları ucalana və İslam ümməti onları sevərək birləşənə qədər davam edəcək. O dövrdə onları pisləyənlər azalacaq, sevməyənlər zəlil olacaq və tərifləyən çoxalacaq.”


(Hidayet Önderleri, Hz. Muhammed Mustafa, 1. Cilt, sf 314)

islammektebihar2rv9Axırzamanda hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl müsəlmanlara şiddətli təzyiq, zorakılıq və əziyyət tətbiq ediləcəkdir. Ancaq insanlar hz. Mehdi (ə.s)-ın zühur etdiyini təcəlli edən Axırzaman əlamətlərinin bir-birinin arxasınca reallaşmasından anlayacaqlar. Bu dövrdə hz. Mehdi (ə.s) və ixlasla Allaha bağlı olan tələbələrinin adları çox xatırlanmağa başlayacaq. Səsləri dünya səviyyəsində yayılacaq. Sonra İslam ümməti hz. Mehdi (ə.s) və tələbələrini sevməkdə yavaş-yavaş birləşəcəklər. Ancaq, bu dövr gələnə qədər hz. Mehdi (ə.s) və tələbələrinə qarşı zülm, təzyiq və əziyyət davam edəcək, onu pisləyənlər olacaq. Lakin, bir müddətdən sonra bu kəslər azalacaq. Tövbə edib, niyyətlərini dəyişdirənlər xaric, bu kəslər xor və aşağı bir mövqeyə düşəcəklər. Hz. Mehdi (ə.s)-ı sevən, tərifləyən insanların sayı yavaş-yavaş artacaq.

 

 

“… MƏHZ O ANDA ƏMRİ BİL MARUF VƏ NƏHYİ ANIL MÜNKƏR (yaxşılığın əmr olunması və pisliklərin tərk edilməsi) TƏRK EDİLƏCƏK, ZİNA ÇOXALACAQ, ÇOX QAN TÖKÜLƏCƏK,  ALİMLƏR ZALIM KƏSLƏRLƏ SƏMİMİ OLACAQLAR, DÖVLƏT İDARƏÇİLƏRİNİN QAPILARINA ÇOX GƏLİB GEDƏCƏKLƏR.”

(Esevadü’l Azam Şerhi Selamül Ahkam, Müellif: Hakimis Semerkandi (Ks), Yasin Yayınevi, səh.250))

R0050