səbrli

Adnan Oktarın Kocaeli tv-dəki canlı söhbəti

(25 Fevral 2011; 22:00)

ADNAN OKTAR:  Şeytandan Allaha sığınıram. Əhqaf surəsi, 35; “Artıq sən səbr et; Rəsullardan əzm sahiblərinin səbr etdikləri kimi”. Yəni böyük Peyğəmbərlər necə səbirlidirsə, sən də elə səbirli ol. “Onlar üçün də tələsmə”. Yəni küfr üçün tələsmə. Yəni müxaliflərin, əleyhdarların üçün tələsmə. Onlar vəd olunduğunu görəcəkləri gün gündüzün bircə saatı qədər qaldıqlarını sanacaqlar“. “Müdhiş bir bəla verəcəyəm” deyir Allah. “(Bu,) Bir təbliğdir”. “Bunu bildirirəm” deyir Allah. “Artıq fasiq olan bir qövmdən başqası dağıldımı?”. “Hamısını yıxacağam” deyir Allah, “hamısını yerlə-yeksan edəcəyəm” deyir. Səbr etməsi üçün də əmr edir Allah. Fərzdir onsuz da, möhkəm ayədir.

kurani-kerimdeki-kalp-mucizesi_460x340scale

 

Hz. Mehdi (ə.s)-ın səhabələrindən olmaq istəyən müsəlman gözəl əxlaqlı olmalıdır

İmam Cəfər Sadiq (ə.s) belə buyurur: Kim Qaimin (hz. Mehdi (ə.s)-ın) səhabələrindən olmaq istəsə gözləməli və gözləyiş halında özünə təqva və gözəl əxlaq nümayiş etdirməlidirlər.” 

(Biharul Envar, 52- ci cild, səh.140-da, hədis, 5)

 2lc9sgn

Peyğəmbərimiz (s.ə.v)-in soyundan olan İmam Cəfəri-Sadiq (ə.s) həzrətləri hz. Mehdi (ə.s)-ın yaxınlarından və onun səhabələrindən olmağı istəyən müsəlmanların hz. Mehdi (ə.s)-ın zühurunu gözləyərkən Qurana tam uyğun davranışlarda olmalarını və Allahın razı olacağı gözəl bir əxlaq göstərmələrini tövsiyə etmişdir.