səbirli

Adnan Oktarın 13 oktyabr 2009-cu il tarixli Kocaeli Tv ve Mavi Karadeniz Tv müsahibəsindən

Adnan Oktar: Ali İmran surəsi 178: “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır”. Məsələn, küfr və əxlaqsız insanlar hər şeyi edirlər. Kifayət qədər zülm edirlər müsəlmanlara. Allah niyə bəla vermir onlara? Niyə bunlara icazə verir deyə insanlar düşünməsin. Allah deyir ki; “Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar”. Yaxşıca bəlanın içinə girsinlər. Cəhənnəmdə yaxşıca dərinə düşsünlər deyə Allah imkan veririk deyir.

“Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır. Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir”. Yəni yaxşılarla pisləri Allah ayırd edəcəyəm deyir. Allah sizə qeybi bildirən deyildir”. Gələcəyi bilməzsiniz deyir Allah. Lakin, Allah Öz elçilərindən istədiyini seçər”. Yəni istədiyi adamı elçi seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib Allahdan qorxsanız, sizə böyük bir mükafat verilər” -deyir Allah. “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur”. Yəni müsəlmanları, məsələn, onunla, bununla qorxutmağa çalışırlar, müxtəlif iddialarla qorxutmağa çalışırlar. “Siz… ardı...