Rum surəsi 35-36

Rum surəsi, 35-36-cı ayələrin təfsiri

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Təala Rum surəsi, 35-ci ayədə buyurur: “Yoxsa Biz (müşriklərə Allaha) şərik qoşmaqlarını söyləyən (təsdiq edən) bir dəlil (kitab) göndərdik?!”. Yəni Allah: “Müşriklərin ortaya atdığı xurafatların qaynağı nədir, niyə görə çıxarırlar. Mən dəlilmi endirdim, ayəmi endirdim, haradan çıxardırlar?” deyir. “İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız zaman ona sevinərlər”―həqiqətən sevindiklərindən havaya tullanarlar, həyəcanlanarlar, “Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olub ümidsizliyə qapılarlar”. Allah insanın etdiyi pisliyinə görə bir qarşılıq olaraq ona bir dərd verir. “Dərhal məyus olub ümidsizliyə qapılarlar”. Həqiqətən baxırsan, üzü çökmüş, kefsiz halda bir kənara çəkilib ağlayır. Daha əvvəl də sevincdən havaya uçurdu. Halbuki, hər ikisini də edən Allahdır. Sevindirən də, dərd verən də Allahdır. Burada ediləcək şey yalnız Allaha gözəl bir şəkildə  təvəkkül etməkdir. Məsələn, Allah mənə min bir müxtəlif çətinliklər verir, amma asanlıqlar, gözəlliklər də verir. Hamısı Allahdandır. Allaha həmd olsun, maşaAllah.

images (5)