rahat olmalıdır

Adnan Oktarın 9 iyun 2011 A9 Tv və Samsun Aks Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Taha surəsi 123, “Artıq sizə Məndən bir yol göstərici gələcəkdir” Əbcədi; 1982-dir. “Kim Mənim hidayətimə uyarsa” kim Mehdimə uyarsa, “artıq o azmaz və bədbəxt olmaz.” Taha surəsi, 112 “Kim də bir mömin olaraq, saleh əməllər etsə, artıq o, nə zülmdən qorxsun, nə haqqının əskik tutulmasından” Yəni “son dərəcə könlü rahat olsun” deyir Allah. “Ona zülm də olmaz, haqqı da əlindən alınmaz” deyir, inşaAllah. Amma “səmimi olacaq” deyir, o qədər. Səmimi olacaq. Allah ayədə də “səmimi olan qullarım xilas olar” deyir, bilirsən.

quran_kitabiŞeytandan Allaha sığınıram. Casiyə surəsi, 32, “Həqiqətən Allahın vədi haqdır,” əbcədi 2031 tarixini verir. Allah nəyi vəd edir?  İslam Birliyini, Türk İslam Birliyini. “Qiyamət-saatına heç bir şübhə yoxdur” deyildiyi zaman, siz: “Qiyamət-saatı da nə imiş, biz bilmirik; biz yalnız bir zənn (və təxmin) edirik; biz qəti olaraq inanmırıq” demişdiniz” deyir Allah, ayədə.