Qurani-Kərim

Adnan Oktarın 11 may 2011 A9 Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: 27-ci ayə, Zumər surəsi. “And olsun,” deyir Allah, and içir. “Biz bu Quranda, bəlkə öyüd alıb-düşünərlər deyə, insanlar üçün hər bir nümunədən verdik.” Baxın; “bəlkə öyüd alıb, düşünərlər”. İndi, bir öyüd alıb, bir də düşünəcək. Deməli, Quran beyini çox işlədən bir kitabdır, Quran beyin kitabı, ağıl kitabıdır. Quranı alıb belə dərindən düşünəcəyik. Quran insan zəkasını, insan ağlını da fövqəladə inkişaf etdirən bir kitabdır. Mühakiməni fövqəladə inkişaf etdirər. Çox güclü bir məntiqin inkişafına səbəb olar. Beyini çox sağlam hala gətirər və insanın çox ağıllı olmasını təmin edər. Lakin Quran ayələrini diqqətli, hər ayəsi diqqətlə oxuyub, diqqətlə təfəkkür edib, onun içindəki sirləri tapmağa çalışaraq. O zaman ağıl fövqəladə dərinlik qazanar. İnsanın ruhunda fövqəladə bir inkişaf olar. Zəkasında, anlayış gücündə də fövqəladə bir inkişaf olar. Quran beyin sağlamlığını da çox ciddi şəkildə müsbət inkişaf etdirən ən effektiv kitabdır, inşaAllah.

 

Hz. Mehdi (ə.s) okeana bənzəyən Qurani-Kərimi bütün dünyaya yayacaq

“Ey inananların Əfəndisi bizə sənin Mehdi (ə.s)-ın haqqında xəbər ver.” İnananların Əfəndisi dedi ki: “NƏSİLLƏR GƏLİB KEÇƏR VƏ İNANANLARIN SAYI AZALAR, DOĞRULUĞUN ARDICILLARI VƏ DİNİN DƏSTƏKLƏYİCİLƏRİ GEDƏR, SONRA O (MEHDİ) GƏLƏR… O (MEHDİ) VAHƏLƏRDƏN İBARƏT OLAN BİR DÜNYA SULAYACAQ VƏ TÜKƏNMƏYƏCƏK BİR OKEANDIR.” (Mənbə: Kitab-ül Gaybet, [Bihar-ul Envar, cild 51], Ansariyan nəşriyyat, tərtib edən: Muhammed Bakır el-Meclisi, İran-Kum, 2003, səh. 184.)

 

R0366Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət olunan bu hədisdə hz. Mehdi (ə.s)-ın zühurundan sonra dünya səviyyəsində böyük bir təsir meydana gətirəcəyi ifadə edilmişdir. Hz. Mehdi (ə.s) tükənməyən bir okeana bənzəyən Qurani-Kərimi bütün dünyaya yayacaq, Quran əxlaqını insanlar arasında mənimsədib təsirli qılmağa vəsilə olacaq. Hədisdə hz. Mehdi (ə.s)-ın Quran əxlaqını dünya səviyyəsində mənimsətməsindəki müvəffəqiyyəti Rəsulullah (s.ə.v)-in dilindən hər zamankı mükəmməlliyi ilə ifadə edilmişdir.