Quran

Hz. Mehdi (ə.s) Quran ilə hökm edəcəkdir

“Həzrətləri (Hz. Mehdi (ə.s)) Tövratı və digər Kitabları, Antakyada bir mağaradan çıxaracaq və Tövrat əhlinə Tövrat ilə, İncil əhlinə İncil ilə, Zəbur əhlinə  Zəbur ilə və Quran əhlinə Quran ilə əmr edəcəkdir. Yer üzünün üzərində və altında tapılan bütün xəzinələr onun üçün bir araya gətiriləcək. Sonra belə deyəcək, ‘Ey İnsanlar! Dostluqlarınızı pozduğunuz, yer üzündə qan axıtdığınız və Allahın haram buyurduğu işlər etdiyiniz  şeyə gəlin. Sonra onlara indiyə qədər heç verilmədiyi qədər bir zənginlik verəcəkdir.”

[Kamalud Din, Biharül Envar]

A0054

 

Təkamül nəzəriyyəsi Quranla ziddiyət təşkil edir

Hal-hazırda bəzi müsəlmanlar təkamül nəzəriyyəsinə inanan seqmentlərin sayca çox olmasından və ya bu kəslərin ümumiyyətlə, “elm adamı” olmalarından səhv istiqamətdə təsirlənir, bu səbəblə də təkamül nəzəriyyəsini müdafiə etmə yanılmasına düşürlər. Halbuki, bu insanların əllərində Allahın insanları təkamüllə yaratdığına dair nə elmi bir dəlil, nə də bu iddiaları Qurandan dəlilləndirən hər hansı bir ayə var.

Təkamül nəzəriyyəsini müdafiə edən Müsəlmanlar, Darvinizmin təsadüf iddiasını görməməzlikdən gəlirlər

Təkamül nəzəriyyəsinin Yaradılış ilə ziddiyyət təşkil etmədiyini irəli sürənlərin ən əhəmiyyətli yanılması, təkamül nəzəriyyəsinin təməl iddiasının “canlıların bir-birlərindən inkişaf edərək ortaya çıxdığı” olduğunu sanmalarıdır. Bu yanılma içində də, “Allah canlıları bir-birlərindən təkamülləşdirərək yaratmış ola bilər, bunda qarşı çıxacaq nə var?” deyə düşünürlər. Halbuki, gözardı etdikləri əhəmiyyətli bir həqiqət vardır: Təkamülü müdafiə edənlər ilə yaradılışı müdafiə edənlər arasında əsas fərqlilik “canlılar ayrı-ayrı ortaya çıxdılar, yoxsa bir-birlərindən inkişaf edərək mi ortaya çıxdılar” sualı deyil.

Əsl məsələ, “canlılar təsadüflərlə və təbiət hadisələri nəticəsində meydana çıxdılar, yoxsa şüurlu bir şəkildə mi yarandılar?”- sualıdır.   Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər  nəticəsində bir yerə gələrək, yenə təsadüfən inkişaf edən təbiət hadisələri nəticəsində canlıların elementlərini və nəhayət canlılığı meydana gətirdiyini iddia edir. Fərqli canlı növlərinin də yenə təsadüflər və təbiət hadisələri ilə heç bir şüurlu müdaxilə… ardı...

 

Quran asan olana çatdıran bir rəhbərdir

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik. (Taha surəsi, 2-3)

Allah tarix boyunca bütün insanlığa doğrunu tapmaları, dəqiq olan məlumata çata bilmələri və din haqqında məlumat əldə edə bilmələri üçün müqəddəs kitablar, bu kitabları insanlara çatdıran və açıqlayan peyğəmbərlər göndərmişdir. Allahın insanlara yol göstərici olaraq endirdiyi son kitab isə Qurandır. Bir ayədə Quranın yol göstərici xüsusiyyəti belə bildirilir:

 

“Daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir (Ali İmran surəsi, 4)

 

Allahın Qurandan əvvəl endirdiyi kitablar müşriklər və dinə düşmən olan insanlar tərəfindən təhrif edilmişdir. Bu kitablara bir çox xurafat və batil inanc əlavə olunaraq mənalarından uzaqlaşdırılmışdır. Ancaq Allah son müqəddəs kitab olan Quranın təhrif olunmasının mümkün olmadığına dair ayələrdə qəti bir hökm vermiş və qiyamət gününə qədər qorunacağını bildirmişdir:

 

Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)

 

Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

 

Quranın qiyamətə… ardı...

 

Quran əxlaqını yaşamağın asanlığı

Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki, insan zəif olaraq yaradılmışdır. (Nisa Surəsi, 28)

 

Fədakar, etibarlı, şəfqətli, təvazökar, dürüst olmaq, gözəl söz söyləmək, yoxsulu yedirmək, sözünün üstündə durmaq, alınan bir əmanəti zamanında qaytarmaq, kübar, tərbiyəli, bağışlayıcı, təvəkküllü, səbirli, comərd, hörmətli, etiqadlı olmaq, başqalarının haqqını yeməmək, saxtakarlıq etməmək, insanları özündən aşağı hesab etməmək kimi gözəl xüsusiyyətlər, Allahın insanlara əmr etdiyi Quran əxlaqının əsaslarından bəziləridir.

 

Əslində insanların hamısı vicdanlarında Allahın məmnun olacağı gözəl əxlaqın necə olduğunu çox yaxşı bilirlər. Buna baxmayaraq, şeytan, insanların əksəriyyətinə bu əxlaqı yaşamağı çətin və qeyri-mümkün kimi göstərir. Hətta, gözəl əxlaq yalnız peyğəmbərlərə və səhabələrə xas bir üstünlük olaraq qəbul edilir. Cahiliyyə cəmiyyətinin sahib olduğu bəzi gözəl əxlaq xüsusiyyətləri isə pambıq ipliyinə bağlı kimidir, ən kiçik bir zərbədə qopar. Məsələn, ən ədəbli və etiqadlı bilinən bir insan belə, mənfəətinin zədələnildiyini düşündüyü bir mövzuda hiddətlənə bilər, idarəsiz, kobud və təcavüzkar rəftarlar göstərə bilər.

Ən kiçik şeyə belə, səbr etməyi bilməz. Cəmiyyətimizdə insanların əksəriyyəti bu yanlış əxlaq anlayışını daşıyırlar. Əksəriyyət bir-birinə bənzər rəftarlar göstərdiyi üçün cahiliyyə əxlaqının nəticələri olan eqoizm, öz mənfəətlərini qorumaq uğrunda başqalarını əzmək, saxtakarlıq, yalançılıq, ikiüzlülük, mərhəmətsizlik, lağ etmək, həyasızlıq, kobudluq, qısqanclıq və s. çox təbii xüsusiyyətlər kimi görünür. Hətta,… ardı...