Qüdrət

…Ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mulk surəsi, 2)

Allah kainatda mövcud olan hər şeyi müəyyən bir məqsədlə yaratmış və bu ayə ilə də insanın yaradılışındakı məqsədi açıqlamışdır. Dünya bir imtahan yeridir və müvəqqətidir . Həm bütün insanlar, həm də dünya üçün Allah Qatında zamanı müəyyən olunmuş bir son vardır. İnsanlar özlərinə verilən qısa ömrü, Allahın müəyyən etdiyi və Quranda özlərinə bildirilən sərhədlərə görə yaşamaqla məsuldurlar. Burada etdiklərinin qarşılığını isə axirətdə alacaqlar. (Cəhənnəm əzabı)

 

Allah insanları sınamaq üçün həyatı yaratmış və onları dünyaya müvəqqəti olaraq yerləşdirmişdir. Burada qarşımıza çıxan hadisələrlə bizi sınayır; iman edənlərlə inkarçıların müəyyən olması, inananların pisliklərdən təmizlənməsi və cənnət əxlaqına çatması üçün həyatı davam etdirir. Yəni dünya yalnız Allahın razılığını qazana bilməyimiz üçün bir sınanma və təlim yeridir. Dünyada olma məqsədimizin mahiyyəti, ilk olaraq hər şeyi yaradan Rəbbimizi lazımi kimi tanıyıb təqdir etmək, Onun əmrlərini və qoyduğu haramları dəqiqliklə qorumaqdır. Bununla yanaşı dünya həyatının keçici və saxta bir bəzəkdən ibarət olduğunu fərq etmək və həyatımızı axirəti hədəf alaraq tənzimləməkdir. Həyatını, axirəti əsas götürərək tənzimləyən bir insan, əslində dünyada da olduqca ən gözəl, rahat və dinc həyatı davam etdirər. İnsanın yaradılışına ən uyğun olan həyat tərzi Quranda bildirilmişdir və insan Quran əxlaqına uymaqla, Uca Allahın izni ilə bir mənada dünyanı cənnət bənzəri bir məkan halına gətirmiş olacaq.(Dünyada Dine Dönüş)

 

Onlar Allahı lazımınca qiymətləndirmədilər. (Həcc surəsi, 74)

Allah sonsuz qüdrətini və elmini mövcud olan hər varlıqda göstərir. İnsan bədəninin hər hissəsindəki mükəmməllikdə, çiçəklərin görünüşlərindəki rəng və qoxularındakı gözəllikdə, səmanın və kainatın möhtəşəmliyində, planetlərin orbit nizamında, dənizlərin dərinliklərindəki balıqlarda və ağlınıza gələcək hər şeydə açıq şəkildə görülən nizam və mükəmməllik, Allahın varlığının və sonsuz gücünün çox açıq dəlillərindəndir. İman etməyənlərin bir qismi isə, Allahın varlığını və qüdrətinin sonsuzluğunu fərq etmələrinə baxmayaraq, təkəbbürlərinə görə (Allahı tənzih edirik) inkar edərlər. Allahın böyüklüyünü lazım olduğu kimi dərk edib təqdir etməyə çalışmazlar. Ağıl sahibi olmadıqları üçün Allahın varlığının və böyüklüyünün, bütün varlıqlarda görülən açıq dəlillərini görə bilməzlər.

 

Bu dəlilləri ancaq, ətraflarındakı varlıqların məqsədi və işarə etdikləri üzərində düşünən, düşünmə qabiliyyəti açıq, ağlını və vicdanını istifadə insanlar görə bilirlər. Bunlar da iman edənlərdir. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, dərin düşünə bilmələridir. Səmimi bir yanaşma ilə, müstəqil bir ağılla və səthi olmayan bir şəkildə düşünmə xüsusiyyətinə sahib olan möminlər, bunun sayəsində Allahın yaradılışındakı sənətini və gücünü görərək, Onun böyüklüyünü və qüdrətini təqdir edərlər. Bunu qavrayan insan, baxdığı hər şeydə Allahın varlığının dəlillərini görür, Onun qüdrətinin izlərini seyr edər. İnsanların çoxu bu həqiqətləri heç düşünmədən, tamamilə boş bir ağılla yaşayarkən, mömin davamlı olaraq Allahı təfəkkür edər. Bir… ardı...