qövm

Hörmətli Adnan Oktarın Kaçkar TV-dəki canlı reportajı (1 dekabr 2010)

 

ADNAN OKTAR: “Sən bizə həqiqəti mi gətirdin, yoxsa (bizimlə) oyun oynayanlardansan mı?” İbrahim (ə.s)-a deyirlər “Xeyr” dedi. Sizin Rəbbiniz göylərin və yerin Rəbbidir, onları Özü yaratmışdır və mən də buna şahidlik edənlərdənəm.” (Ənbiya surəsi, 55-56) Mən bundan əminəm deyir. “And olsun Allaha, sizlər arxanızı dönüb” Allaha and içir, “arxanızı dönüb getdikdən sonra, mən sizin bütlərinizə şübhəsiz bir tələ quracağam.” (Ənbiya surəsi, 57)  Yəni göz görə-görə açıq-aşkar etmərəm bunu deyir. Yəni üslubuyla edəcəyəm, amma bütün bütlərinizə tələ quracağam deyir. Anti bütdür, büt dağıdıcıdır. “Beləcə o, yalnız böyüklərindən başqa onları parça-parça etdi; bəlkə ona müraciət edərlər deyə.” (Ənbiya surəsi, 58) Bütün bütləri qırır. Mehdi (ə.s) nə edəcək? Bütün bütləri qıracaq. Amma İbrahim (ə.s) bütlərdən birini saxlayır. Bəzən bütlərdən biri və ya ikisi saxlanılar. “Ona bəlkə müraciət edərlər deyə” deyir. O da İslama xidmət məqsədiylə olar. “Bizim ilahlarımıza bunu kim etdi? Şübhəsiz o, zalımlardan biridir” dedilər.” Araşdırırlar, kim etdi bunu deyirlər, bütün bütlərimiz getdi, yerlə bir oldu deyirlər. “Özünə İbrahim deyilən bir gəncin bunları diliylə doladığını eşitdik” dedilər.” (Ənbiya surəsi, 60) Hər yerdə izah edir o zamanlar. O zaman radio-televiziya yox idi. İbrahim (ə.s) da bazarlarda,… ardı...

 

learning-quran3

 HƏR İNSAN QRUPUNUN BİR BAŞÇISININ OLMASI

Hər insan qrupunu imamları ilə (rəhbərlərilə) çağıracağımız gün artıq kimin kitabı sağ əlinə verilsə, onlar kitablarını oxuyacaqlar və onlar bir xurma çəyirdəyindəki lif qədər belə haqsızlığa uğradılmayacaqlar. (İsra surəsi, 71)

HZ. İBRAHİMİN İNSANLARA BAŞÇI  TƏYİN EDİLMƏSİ

Rəbbi İbrahimi bəzi sözlərlə sınamışdı. O da (lazım olanı) tam olaraq yerinə yetirmişdi. (O zaman Allah İbrahimə): “Səni şübhəsiz insanlara başçı edəcəm” dedi. (Bəqərə surəsi, 124)

ƏMR SAHİBLƏRİ

Ey iman edənlər, Allaha itaət edin, elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə də…(Nisa surəsi, 59)

Özlərinə güvən və ya qorxu xəbəri gəldiyində onu yayarlar. Halbuki, bunu peyğəmbərə və özlərindən olan əmr sahiblərinə xəbər versəydilər, ondan nəticə çıxara bilənlər o xəbəri bilərdilər. … (Nisa Surəsi, 83)

BİLİKLİ  İDARƏÇİLƏR

Şübhəsiz ki, biz Tövratı içində bir hidayət və nur olaraq endirdik. Təslim olmuş peyğəmbərlər yəhudilərə onunla hökm edərdilər. Bilikli idarəçilər və yüksək bilik sahibləri (Əhbar) Allahın kitabını qorumaqla vəzifəli olanlar və onun üzərinə şahidlər olduqları üçün (onunla hökm edərdilər). Elə isə insanlardan qorxmayın məndən qorxun və ayələrimi az bir dəyərə qarşılıq satmayın. Kim Allahın endirdiyi ilə hökm etməzsə məhz onlar kafir olanlardır. (Maidə surəsi, 44)

QURANDA MÜSƏLMANLAR TƏQVA SAHİBLƏRİNƏ ÖNDƏR OLMAQ ÜÇÜN DUA EDİRLƏR

Onlar:… ardı...