Qaf surəsi 16-26 31-33

Hörmətli Adnan Oktarın 3 avqust 2013-cü ildəki söhbətindən Qaf surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Qaf surəsində Allah belə buyurur, şeytandan Allaha sığınaram: “And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verdiyini də Biz  bilirik.” Vəsvəsəni yaradan da Allahdır. “Nə vəsvəsələr verdiyini Mən bilirəm. Biz ona şah damarından da yaxınıq” -deyir Allah. Şah damarı insanın içindədir, Allah da: “Mən, ona daha yaxınam”-deyir. Budur, Allah haradadır deyənlərə bir cavabdır, Allah hər yerdədir. “Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alar.”

Burada “oturub” hərəkət mənasında deyil, yəni insanlarla bir yerdədir. “Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın.” Hal-hazırda da bizi müşahidə edirlər. Hər insanın yanında var. “Ölüm bihuşluğu (sərxoşluğu) həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir.” Ölümdən əvvəl bir bihuşluq halı olar, hər insan bu ölüm bihuşluğunu görər. Müsəlmanda isə ölüm bihuşluğu sevincli olar, kafirdə isə çox əziyyətlidir. Mömində isə sevinclidir.

“Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür.” Sur bəlkə də bütün insanların ruhlarının birdən sovrulduğu bir sistemdir, ya da boruya bənzər bir sistemdir. Yəni, bütün ruhların sovrulduğu bildirilir, çünki digər ayədə də: “üzdükcə üzərək gedənlərə”-deyir Allah. Ayənin ardında Allah: “Hər bir nəfsin yanında sürüyən (aparan) bir… ardı...