qaçmaq
Hz. Mehdi insanların bütün problemlərinə həll tapacaq, hər kəsin köməyinə qaçacaq
Hz. Mehdi (ə.s) imdada çatan və fəryadrəsdir (fəryad edənin köməyinə çatan, yardım edəndir). Allah onu dünyadakı insanların imdadına yetişməsi üçün göndərəcək… (El-Mehdiyy-il Mev’ud, cild. 1, səh. 264, 275, 277, 285, 287, 288, 311, 318, cild. 2, səh. 11)
“QOYUNLARIN ÇOBANLARINDAN QAÇMAĞI KİMİ İNSANLAR ONDAN (HZ. MEHDİ (Ə.S)-DAN) QAÇACAQLAR… SONRA DA İNSANLAR HƏR YERDƏ BİR İSLAHATÇI AXTARIŞLARINA BAŞLAYACAQLAR. ANCAQ ONDAN BAŞQA ÖZLƏRİNƏ YARDIM EDƏCƏK BİRİNİ TAPA BİLMƏYƏNDƏ, ONA DOĞRU QAÇMAĞA BAŞLAYACAQLAR…” (Bihar ul-Envar, cild. 52, S. 3260
Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət olunan bu hədisdə insanların əvvəl hz. Mehdi (ə.s)-ı qəribə, səhv yolda olan və səhv biri kimi görəcəklərinə diqqət çəkilmişdir. Buna görə insanlar ondan çəkinib (qorxub), uzaq duracaqlar, onu mənimsəməyəcəklər və ona qarşı böhtan, təhqir, həbs etmə kimi üsullarla mübarizə aparacaqlar. Dəccalın tərəfdarları da televiziya və digər media vasitələri ilə ətrafa hz. Mehdi (ə.s) haqqında əsassız və mənfi şaiyələr yayacaqlar. Ancaq sonra hz. Mehdi (ə.s)-ın, dünyanı islah edəcək yeganə adam olduğunu əsl mənası ilə görüb qəbul edəcəklər, onları idarə etmək üçün qaçaraq hz. Mehdi (ə.s)-a yönələcəklər.
“Bizdən olan haqq üzrə Qaim (Hz. Mehdi (əs)) qiyam etmədikcə əsla qiyamət qopmaz. Bu da Allahın icazə verdiyi bir zamanda olacaqdır. Ona inanan xilas olar, ondan geri qalan isə həlak olar. Ey Allahın qulları, Allahdan qorxun, MEHDİ (Ə.S) ZÜHUR EDƏNDƏ, HƏR ŞEYİ BİR KƏNARA BURAXIB MÜMKÜN OLAN HƏR VASİTƏYLƏ ONA TƏRƏF QAÇIN. ÇÜNKİ, O ALLAHIN XƏLİFƏSİ VƏ MƏNİM QƏYYUMUMDUR.” (Biharül-Ənvar, c. 51, s. 65; İsbatül Hüdad, c. 6, s. 382)