Qələm surəsi 42-43

Hörmətli Adnan Oktarın 20 fevral 2013-ci il tarixli söhbətindən Qələm surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: “Gözəllər gözəli hocam mənə Qələm surəsi 42, 43 və Ali İmran surəsi 24-cü ayələrini izah edin”-deyir, inşaAllah.

“Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün; onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular”, yəni Allah çox bədbəxt olacaqlarını ifadə edir. “Ayağın açılacağı” deyərkən çılpaq olduqları bildirilir, əlbəttə ki, bu da onları çox rəzil edir. Çılpaqlaşmış, üstlərinə toz hopmuş, çox çirkin və çirkli bir hala düşmüşlər, səcdəyə qapanmaq istəyir, lakin bunu edə bilmirlər. Çünki şikəst olmuşlar. Bir qisminin başı arxasına çevrilmişdir. Yəni, öz kürəyini görəcək vəziyyətə gəlmişdir. Gözləri görmür. Yəni, ayə çaşqın vəziyyətdə olduqlarını və o bədbəxtliklərini bildirir. Yəni, Allah hörmətdən salmış və intiqam almışdır.

Çünki, bütün həyatı boyu haşa Allaha qarşı çıxır, öz ağlına görə çoxbilmişlik edir, özünü üstün görüb danışır, axirətdə də yenə həmin artistlik və arsız rəftarı edə biləcəyini zənn edərkən, Allah onu möhtəşəm bir acizliyə düçar edir. Həmçinin də yekəxanalıq etdiyi adamlar, öz fırıldaqçı dostları, onlar və bunlar da ətrafındadırlar, onlarda bədbəxtdirlər, heç kimin heç kimə kömək edə bilmədiyini və heç kimin heç kimə… ardı...