oxunduğu zaman

Adnan Oktarın 5 yanvar 2010-cu ildəki Mavi Karadəniz və Kocaeli TV-dəki reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Heç şübhəsiz, mənim vəlim, kitabı endirən Allahdır.” Yəni məni qoruyan, Quranı endirən Allahdır. “O salehlərin qoruyuculuğunu (vəliliyini) edir.” Allah yolunda olan hər kəsin qoruyucusu; Mehdi (ə.s)-ın, hz. Məsih (ə.s)-ın, Mehdi (ə.s)-ın tələbələrinin, Məsih (ə.s)-ın tələbələrinin, Axırzaman müsəlmanlarının. “Onlara bir ayə gətirmədiyin zaman:” sən onu, (enməyən ayəni) yığıb-toplasana deyərlər.” Yəni Peyğəmbər (s.ə.v)-in Quranı özünün yazdığına inanan bir çox pozğun var, indi də elə tiplər var. O zaman da bu tip insanlar vardı.

“De ki: “Mən, yalnız mənə Rəbbimdən vəhy olunana uyaram.” Peyğəmbər (ə.s) yəni mən vəhyə uyuram, deyir, öz-özümə bir şey etmərəm deyir. “Bu, Rəbbinizdən olan bəsirətlərdir;” Bəsirət, bəsirət, yəni ağıllı, gözəl, doğru düşünmə. “…İman edəcək bir birlik üçün hidayət və rəhmətdir. Quran oxunduğu zaman, dərhal onu dinləyin və susun.” Haramdır. Məsələn, Quran oxunur, mən Topqapıda da gördüm, məsələn Quran oxunur, turistlər qışqırır-bağırır, danışırlar, yəni bu çox qəribə bir şeydir. Bax, “Quran oxunduğu zaman, dərhal onu dinləyin və susun.” Allah deyir. Məsələn, çayxanalarda da Quran oxunur, millət işində-gücündədir, qışqırıb-bağırırlar. Olmaz, haramdır. Susub dinləmək lazımdır.

“…Ümid edilər ki, rəhm olunarsınız.” Bu bilinməyən fərzlərdəndir. Baxın, “Quran… ardı...

 

ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (17 DEKABR 2010)

ADNAN OKTAR: “Quran oxunduğu zaman onu dinləyin…”-yəni söhbətə davam etməyin, susun, danışmayın, diqqətinizi Qurana yönəldin-“Bəlkə sizə rəhm olunsun.”, deyir Allah. Quran oxunarkən danışmaq haramdır. Məsələn, məsciddə görürəm qışqıra-qışqıra Quran oxuyurlar, yüksək səslə, gözəl. Bəziləri: “Həmşərim necəsən? Nə edirsən? Çoxdandır görüşmürük”-deyərək məscidin içində söhbət edirlər, bir tərəfdən də Quran oxunur. Söhbət etmək belə olmaz. Quran oxunanda dinləmək lazımdır, susmaq lazımdır.