nur tələbələri
Ustadın həyatda qalan varislərinin Nur tələbələrinə xitab olaraq yazdıqları məktub
Əziz möhtərəm qardaşlarımız!
Əvvəla: Bu gələn Ramazan-ı Şərifinizi və xidmətlərinizi təbrik edirik.
Biz Ustadın vəsiyyətnaməsində yazdığı həyatda qalan varisləri olaraq 27 avqust 2008-ci il çərşənbə günü İstanbulda bir yerə gəldik. Nurun bəzi məsələlərinə və nəşriyyata dair xüsuslar bildirildi. Hər tərəfdə qardaşlarımızın kamal-ı sədaqət və ciddiliklə nurlara sarılmalarını kamal-ı hörmət, sevinc və təşəkkürlə yad etdik.
Nəşriyyata dair bəzi xüsusların diqqətlə nəzərə alınmasını məsləhət-i nuriyyə adına lazımlı gördük, belə ki:
Daxil və xaricdə nurların nəşriyyatının fövqəladə yayılması və nur dərslərinin hər tərəfdə oxunmasını, Rəhmət-i İlahiyyənin bu millətə və İslam Aləminə bir bayram sevinci yaşatdığını görürük və təşəkkürlə qarşılayırıq.
İkincisi, Risalə-i Nurun daxil və xaricdəki nəşriyyatında bəzi nöqtələrə diqqət yetirilməsi lazım gəldiyi qənaətindəyik.
Nurlar nəşriyyatının eynilə Ustadımızın zamanında olduğu kimi edilməsi zəruridir ki, sədaqətimizi və Ustadımıza layiq bir tələbə ola bilmə təşəkkürümüzü ifadə etmiş olaq.
MƏSƏLƏN: USTADIMIZIN BƏZİ LAHİKA MƏKTUBLARINDA ŞƏRH VƏ TƏSHİH MƏNASINDA ƏLAVƏLƏR ETMƏK VƏ BƏZİLƏRİNİ ÇIXARMAQKİMİ TƏFƏRRÜATDA OLMAQ, SƏDAQƏTDƏN UZAQLAŞMAQDIR. BU TƏHRİFİ HEÇ VAXT QƏBUL ETMİRİK.
Ustadımız, Risalə-i Nurun təlifindən sonra “BİR HƏRFİNİ DƏ DƏYİŞDİRMƏYƏ MƏZUN DEYİLƏM”, dediyi halda bəzi nəşriyyatların, Ustadımızın bu xəbərdarlıqlarına… ardı...
“Hal-hazırda yaşadığımız axır zamanda iman həqiqətlərinin birinci məqsəd, birinci vəzifə, əsl məqsəd olması lazımdır. Bunun xaricindəki şeylər ikinci, üçüncü, dördüncü dərəcədə qalmalıdır. Risalə–i Nurla onlara xidmət etmək ən birinci vəzifə, maraq mövzusu və əsl məqsəd olmalıdır. Risalə-i Nur çərçivəsi xaricində olan alimlər bu siyasi və ictimai həyatın bağları səbəbiylə iman həqiqətlərinin əhəmiyyətini ikinci, üçüncü dərəcədə buraxıb, o axınların təsirinə məruz qalaraq onlarla eyni fikri paylaşan münafiqləri belə sevər hala gəldi. Risalə-i Nurun həqiqi tələbələri iman həqiqətlərini izah etmə vəzifəsində ikən, zalımların şahmat oyunlarına bənzər mövzularla maraqlanaraq onların müqəddəs vəzifələrini pozmamaq və anlayışlarını qarışdırmamaq lazım olduğunu düşünürəm.”
(KastamonuLahikası, səh. 84-85)