Nur surəsi 46-57

Adnan Oktarın 23 aprel 2011 A9 tv, Aksu tv və Qaziantep Olay tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Nur surəsi, 46. Allah belə buyurur; şeytandan Allaha sığınıram. “And olsun Biz, açıqlayıcı ayələr endirdik.” Yəni şərh edən, açıqlayan eyni zamanda, “Allah, dilədiyini doğru yola yönəldib-istiqamətləndirər.” Yəni hidayət verər və doğru yola yönəldər, istiqamətləndirər. 2044 tarixini verir. Dünya hakimiyyəti tarixini verir, inşaAllah. “Onlar deyərlər ki: “Allaha və elçisinə iman etdik və itaət etdik” sonra bunun ardından onlardan bir qrup üz döndərər. Bunlar iman etmiş deyildirlər.” Allaha və elçisinə iman etdinsə, o zaman Qurana görə hərəkət etmək lazımdır, niyə xurafata görə hərəkət edirsən, deyilmi? İnşaAllah.

“Aralarında hökm etməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman, onlardan bir qrup üz çevirər.” Hara dönür? Xurafata dönür, Qurana görə hərəkət etmir. Xurafat dediyində havaya hoppanır. “Əgər haqq lehlərindədirsə, ona boyun əyərək gəlirlər.” Yəni  İslam Birliyi yoxdur, Türk-İslam Birliyi yoxdur desən, plov sərbəst, sarığın boyunu da səkkiz metr edəcəksən desən, onda gəlir. Amma  İslam Birliyi, Türk-İslam Birliyi dediyində o xoşuna gəlmir. Baxır orada o zaman işlər uzanacaq. Evliliyi var, işi gücü var, ticarəti var, yeməsi, içməsi var, deyilmi? Kefi, zövqü var. O zaman onu qəbul edə bilmir. Amma asan olan, maraqlarına uyğun… ardı...