Nəml surəsi 48-51

Nəml surəsi, 48-51-ci ayələrin təfsiri

ADNAN OKTAR: Ən gözəli təbii ki həmişə Qurandır. Bismillah, Nəml surəsi, 48- ci ayə, şeytandan Allaha sığınıram. “Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.” Cənabı Allah Quranda şəbəkələrə diqqət çəkir. “Doqquzluq bir şəbəkə var” deyir. Deməli, biz belə bir şeylə, buna bənzər bir şeylə qarşılaşacağıq. Çünki Allah xüsusi olaraq bir rəqəm vermiş. “Şəhərdə doqquz adam var idi ki, bunlar yer üzündə fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər.” Bu deməkdir ki, əhatəli bir şəbəkə elə kiçik bir şey deyil. Quran, əhəmiyyətli bir şey olmasa, yəni adi şəbəkələr mənasını vermir. Belə var da kiçik mafiya şəbəkələri, bilmirəm nələr var da, o mənaya gəlməz.

Geniş diametrli bir şəbəkə olur. Çünki bax, “yer üzündə fitnə-fəsad törədirlər.” Yəcüc və Məcücün xüsusiyyəti nə? O da təxribat çıxarır. “fitnə-fəsad törədir, yaxşı işlər görmürdülər. “ Müsəlmanın nəyə ehtiyacı olduğunu da Quran vurğulamış olur. Deməli fitnə-fəsadın qarşılığı nədir? Birlikdə olmaqdır. Təxribata uğramaq nə demək? Dağılmaq, Müsəlmanların dağılması, darmadağın olması. Əksi nədir? İttihad, birlik, müsəlmanların bir yerdə və tək bədən olmaları. Müsəlmanların tək bədən olmasını ortadan qaldıran bu fəaliyyət Müsəlmanları bölüb parçalamaq istəyir. Hal-hazırda da Müsəlmanları bölüb parçalamaq istəyən qrup var. ” yaxşı işlər görmürdülər. “ Müsəlmanların nəyə… ardı...