Nəhl surəsi 121 125 127 128

Hörmətli Adnan Oktarın 7 Avqust, 2013-cü il tarixli söhbətindən Nəhl surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Nəhl surəsi, 121-ci ayədə Allah hz. İbrahim (ə.s) üçün buyurur; “O, (Allahın) nemətlərinə şükür edən idi. ” Əlhəmdülillah. Mömin həmişə neməti görüb, həmişə şükr edər. Məsələn, xromosomların quruluşuna baxır “əlhəmdülillah” deyir, qələmi görür “əlhəmdülillah” deyir, avtomobili görür “əlhəmdülillah” deyir, həmişə sevinc içində olur, yəni onları fövqəladə, sadə, sıravi bir şey görmür. “(Allah da) onu seçmiş və düz yola yönəltmişdi.” Əbcədi; 2002-ci il tarixini verir. Bilirsiniz ki, hz. Mehdi (ə.s) hz. İbrahim (ə.s)-ın nəslindəndir.  “İnsanları Rəbbinin yoluna hikmətlə”

Yəni düşünərək, qısa və köklü, yığcam danışmaq. Boş-boş, uzun uzadı söhbətlər, səmimiyyətsiz söhbətlər yox, bunlar olmaz. Peyğəmbərimiz (s.ə.v) Allahdan qorxaraq, ağıllı, düz və səmimi olaraq izah edirdi. “Və ən gözəl öyüd-nəsihət ilə dəvət et”, yəni narahat edici, təcavüzkar deyil, gözəl öyüd. Gözəl öyüd nə deməkdir? Eşidənin xoşuna gələcəyi tərzdə bir öyüd-nəsihət ilə “hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mücadilə et.” Baş-göz yararaq, alçaldaraq, iztirab verərək deyil. “Ən gözəl şəkildə mücadilə et.” “Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!” “Səbir et. Sənin səbir etməyin yalnız… ardı...