Nəbə surəsi 1-12

Hörmətli Adnan Oktarın 19 iyul 2013-cü ildəki söhbətindən Nəbə surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Nəbə surəsi, Rəhman və Rəhim olan Allahın adıyla, birinci ayə, Şeytandan Allaha sığınıram: “Onlar nə barədə bir-birindən soruşurlar?” Hal-hazırda insanlar nəyi soruşurlar bir-birlərindən? Hz. Mehdi (ə.s)-ı, İslam birliyini, hz. İsa Məsih (ə.s)-ı soruşurlar. Ən çox soruşulan suallar bunlardır. Ayənin ardında Allah belə deyir: “Böyük bir xəbər barəsindəmi?” Nədir böyük xəbər? Qiyamət, hz. Mehdi (ə.s)-ın çıxışı, hz. İsa Məsih (ə.s)-ın zühuru və Yəcüc və Məcüc xəbərləridir, inşaAllah. “Ki, onlar onun haqqında ziddiyyətdədirlər.” –deyir Allah. Hz. Mehdi (ə.s) barədə ziddiyyətdədirlər.

Bəziləri “Mehdi gəldi”, bəziləri, “gəlməyəcək”, bəziləri “mənəvi şəxs (qrup halında) olacaq”, bəziləri “gəldi (öldü) basdırdıq”, bəziləri “mənim şeyxim, mənim müəllimimdir” deyirlər. Hansı ki, həmin adam normal yeriyə bilmir, acizdir, iki adamın qoluna girərək, kömək vasitəsi ilə yeriyir, amma ona Mehdi deyirlər, xeyirli uğurlu olsun. Xeyr, onlar hökmən biləcəklər!“-deyir Allah. Deməli mehdiyyət də, qiyamət də, hz. İsa Məsih (ə.s) da çox yaxında bilinəcək. Diqqət edin, Allah bir daha deyir. Bir daha xeyr! Onlar hökmən biləcəklər! (Nəbə surəsi, 4,5) Bədiüzzaman nə deyir? 1545-ci ilə işarə etdiyini deyir. Diqqət etdinizsə ayə iki dəfə təkrarlanır. “Xeyr, onlar hökmən biləcəklər. Bir daha xeyr!… ardı...