nə yaratdısa

ADNAN OKTARIN A9 TV VƏ SAMSUN AKS TV-dəki CANLI SÖHBƏTİ

(14 APREL 2011; 00:30)

Şeytandan Allaha sığınıram. Allah deyir ki, Yusif surəsi 105-də; “Göylərdə və yerdə nə qədər dəlillər vardır ki, üzərindən keçərlər, ona arxalarını dönüb gedərlər”.  Göylərdə Allah nə yaratdısa, bütün ehtişamı, hər şeyi biz araşdırmaqla mükəlləfik. “Yerdə nə qədər ayələr vardır”, dəlillər, Allahın hökmləri, Allahın göstərdiyi gözəlliklər, sənətlər, hər cür. “Ki üzərindən keçərlər”, “maraqlanmazlar, elmlə, texnologiyayla baxmazlar” deyir, Allah. “Ona arxalarını dönüb gedərlər”, arxasını dönüb gedir adam. “Ehtiyac yoxdur” deyir. “Onların çoxu Allaha iman etməzlər, ancaq şirk qoşarlar”.  “İndi onlar, özlərinə Allahın əzabının gəlməsindən”, bir iqtisadi böhran ola bilər, bir zəlzələ ola bilər. “Və ya onların heç xəbərləri yoxkən qiyamətin onlara qəfildən gəlməsindən özlərini etibardamı tapdılar?” Allah nə deyir? “Və ya onların heç xəbərləri yoxkən qiyamətin onlara qəfildən gəlməsindən özlərini qorunmuşmu sandılar?”. “De ki: “Bu, mənim yolumdur. Bir bəsirət üzrə Allaha dəvət edirəm'”, əbcədi 2004-dür. Birbaşa hz. Mehdi (ə.s)-a baxır, inşaAllah. “De ki: “Bu, mənim yolumdur. Bir bəsirət üzrə Allaha dəvət edirəm'” “Təbliğ edirəm” deyir.

1407498695_1371553212-774