mütəşabih ayə

Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri

Bədiüzzaman Səid Nursi, ayələrdəki mütəşabih mənaları ağacın yerin altındakı görünməyən köklərinə bənzədir və bu şərhlərin sonsuz hikmət sahibi olan Rəbbimizin insanlara böyük bir lütfü olduğunu söyləyir:

Quranın ayələrinin bir-birinə bağlanmış dairələr şəklində genişlənən mənaları vardır. Bunlar bir-birini kəsən deyil, mərkəzləri eyni olan dairələrdir. Eynilə durğun bir hovuza atılan daşın ətrafında get-gedə genişlənən halqaların yaranması kimi. Məhz əsas məna səhih (açıq) məna olub, digərləri geniş mənalar daşıyan vəziyyətdədir.

Yaxud onlar ağacın genişlənən halqaları kimidirlər. Ağac nə qədər geniş gövdəli olsa, o qədər qiymətli olar. Bir ağaca çöldən baxdığımızda onun gövdəsini və budaqlarını görərik. Halbuki, dərində onun qalın kökləri, daha kənarda minlərlə kökcükləri vardır. Quran ayələrinin də səthi (görünüşə görə), dərinliyi, kökləri və kökcükləri vardır. (Məktubat, 502)

Ustadın da dediyi kimi Qurandakı və hədislərdəki bu üstüörtülü izahlar çox fərqli şəkillərdə açıqlana bilər, İslam alimləri tərəfindən şərh oluna bilər.

13

Bədiüzzaman Səid Nursinin ən çox əhəmiyyət verdiyi mövzulardan biri ayə və hədislərdəki oxşatmaların insanlara müxtəlif şəkillərdə açıqlanmasıdır. Risalə-i Nurda həm ayələr hərtərəfli təfsir edilər, həm də hədislər fərqli şəkillərdə açıqlanar. Hətta Ustad tək bir hədisi bəzən 15-20 fərqli mənalarda təfsir edər. Ustadın bu sözləri mütəşabih elmi üçün çox əhəmiyyətlidir:

… Lakin hədisin Quran kimi mütəşabihatı… ardı...