Müşriklər

Adnan Oktarın 14 oktyabr 2009-cu ildəki  Samsun Aks Tv və Ekintürk Tv-dəki reportajından

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər, halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaqdır” Allah deyir, “müşriklər istəməsə də” yəni xurafatçı dəstəsi də, fırıldaqçılar da, saxtakarlar da, saxtakar hocalar da. “Müşriklər istəməsə də, o dini İslamı bütün dinlərə üstün etmək üçün” yəni dünya hakimi etmək üçün tək din halına gətirmək üçün “elçisini hidayətlə və haqq dinlə göndərən Odur.”

Baxın, ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər deyir. İslamın hakimiyyətini istəmirlər deyir, halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaq, tamamlamaq nə deməkdir? İslamın bütün dünyaya kamil mənada hakim olması deməkdir. Bu  İslamın dünyaya hakim olmasını istəməyən və İslamın hakim olmaması üçün cəhd göstərən nə qədər müşrik dəstəsi varsa, bu ayə ona işarə edir və cavab verir. İnşaAllah. Kim varsa, İslam dünyaya hakim olacaq, istədikləri qədər çırpınsınlar. Çünki Allah söyləyir bax, “ağızlarıyla” yəni danışaraq “Allahın nurunu söndürmək istəyirlər” dayandırmaq istəyirlər “halbuki kafirlər istəməsə də, Allah Öz nurunu tamamlayacaq, deyir. Müşriklər  istəməsə də, o dini İslamı bütün dinlərə üstün etmək üçün elçisini hidayətlə və haqq dinlə göndərən Odur”. Bu nə vaxt olacaq? Məsihin enişiylə olacaq, nə vaxt; on beş, iyirmi il içərisində, inşaAllah və Mehdi zamanında olacaq. Mehdinin imamlığıyla, Məsihin vəzirliyiylə və bu böyük müjdə reallaşacaq, Allah bunu söyləyir, inşaAllah. Bəli, İslamın dünya hakimiyyətini istəməyən kim varsa, inşaAllah.

 

Müşriklərin matəm anlayışı

Ölüm hadisəsi baş verərkən günlərlə yas tutmaq, gülməmək, sevincə dair hər şeyi həyatdan çıxarmaq bir cahillik adətidir. Müsəlmanlar üçün ölüm dünyadakı imtahanın sona çatması, həqiqi yurd olan axirətə keçid və hər şeydən əhəmiyyətlisi ən sevimli olan Rəbbimizə qovuşmaqdır. Bu səbəblə, müsəlmanlar bir kimsənin ölüm zamanı matəm tutmazlar. Tam tərsinə, sevdiklərinin Allaha qovuşmasından ötəri sevinər, “inşaAllah Rəbbim ondan razı olmuşdur” deyə dua edərlər. Matəm, qədərdəki hikməti qavraya bilməyən, qədərə könüldən təslim olmamış, Allahın yaratmasındakı gözəllikləri görə bilməyən, dünyanın keçici olduğunu bilməyən insanların batil bir adətidir.

Buna görə ölüm hadisəsi olduğunda müsəlmanlar bir-birlərinə yas tutmağı tövsiyə etməzlər. Kədərlənməyi tövsiyə etməzlər. Hüznlü olmağı tövsiyə etməzlər. Bədbəxt olmağı tövsiyə etməzlər. Ölüm hadisəsi baş verdiyindəmüsəlmanlar bir-birlərinə səbirli olmağı, Allahın qədərdə təqdir etdiyini sevinclə qarşılamağı tövsiyə edərlər. Çünki yas tutmaq demək, haşa Allahın təqdir etdiyi qədərdən razı olmamaq deməkdir. Yas tutmaq demək, haşa Allahın yaratdığına üsyan etmək deməkdir.

“Suriyada, Fələstində, Misirdə insanlar ölərkən siz necə əylənirsiniz?”-deyə düşüncəsini ifadə edən bəzi insanlar da bu həqiqəti unudur. Suriyada, Misirdə, İraqda və dünyanın hər hansı bir yerində yaşanan itkilər, ağrılar qarşısında müsəlmanların yas tutması deyil, bu ağrıların sona çatması üçün səy göstərməsi lazımdır. Qaldı ki, bu tənqidi ifadə edən insanların özləri də dünyadakı bütün bu ağrılara… ardı...