Mumtəhənə surəsi 4 5

Mumtəhənə surəsi, 4, 5-ci ayələrin təfsiri

Adnan Oktar: Şeytandan Allaha sığınıram. Mumtəhənə surəsi, 4 “İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır”. Deməli, müsəlmanlığın ruhunu, müsəlmanlığın gözəlliyini anlamaqda, hz. İbrahim (ə.s) da və onunla birlikdə olanlarda gözəl bir nümunə var. “Onlar öz qövmünə dedilər:” təkcə hz. İbrahim (ə.s) deyil, yanınızdakılarla birlikdə. “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq”. Nə darvinistik, nə materialistik, nə kommunist düşüncəni müdafiə edərik, haqqı və Quranı müdafiə edirik yaxud o dövrdə haqq kitab nədirsə onu. “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik”.

“Qəbul etmirik” -deyirlər, anası da olsa, atası da olsa, kim olursa olsun qəbul etmir, ayrılmışlar. “Siz bir olan Allaha iman gətirincəyə qədər”, Allaha sadiq, səmimi müsəlman olana qədər, “bizimlə sizin aranızda daim ədavət olacaqdır!” yəni, qiyamətə qədər bir ixtilaf vardır. “Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!” – deməsi istisnadır”. Hz. İbrahim (ə.s.), “Allahdan sənə bağışlanma diləyəcəyəm” -deyir . “Allah səni bağışlasın, hidayət versin, yaxşı olmağın üçün, ağıllanmağın üçün, hidayət tapmağın üçün dua edəcəyəm” -deyir,  “fəqət Allahdan sənə gələn əzabı dəf edə bilmərəm!” “Onlar dedilər: “Ey Rəbbimiz! Biz… ardı...