Muminun surəsi 96-97

Adnan Oktarın 18 may 2011 A9 Tv, Aks Tv və Tv Kayseridəki canlı söhbətindən

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Muminun surəsi, 96 “Pisliyi ən gözəl tərzdə uzaqlaşdır.” Pisliyə pislik olmaz. Pisliyə sevgiylə, şəfqətlə cavab veriləcək, Allahın əmridir. Yaxşılıqla cavab veriləcək. Bir pis söz söyləyir, o da onun ciyərinə oturtdurur. O da ona bir şey söyləyir, bu dəfə sillə-yumruq bir-birlərinə girirlər. Halbuki, pis bir sözə gözəl cavab versən, şəxsə müsbət təsir  edər. Bir daha gözəl cavab versən, yenə müsbət; üçüncüdə bir fövqəladəlik vardır. “Mən də gözəl əxlaqlı olum, mən də gözəl davranım” deyər, təəccübləndirmək lazımdır. “Və de ki: “Rəbbim, şeytanın vəsvəsələrindən Sənə sığınaram.” Şeytan insana vəsvəsə verə bilər, Allaha sığınacaqlar. Dərhal özünü qapdırmağa ehtiyac yoxdur. Don-köynək küçəyə atılıb rüsvaylıq çıxarırlar, döyüşürlər. Allaha sığınıb, gözəl, mehriban bir rəftar göstərmələri lazımdır.

 

Hörmətli Adnan Oktarın 18 may 2011-ci il tarixli reportajından Muminun surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Sən pisliyi yaxşılıqla dəf et.” Pisliyə pislik olmaz. Pisliyə sevgiylə, şəfqətlə cavab veriləcək, Allahın əmridir. Yaxşılıqla cavab veriləcək. Pis bir söz deyəndə, o da onun ciyərini yandırar. O da ona bir şey deyər, bu dəfə sillə, yumruqla bir-birləri ilə savaşarlar. Halbuki, pis bir sözə gözəl sözlə qarşılıq versən həmin şəxsə müsbət təsir bağışlayar. Bir daha gözəl qarşılıq versən yenə müsbət təsir bağışlayar, üçüncüdə bir fövqəladəlik olar. “Mən də gözəl əxlaqlı olum, mən də gözəl davranım”-deyər, təəccübləndirmək lazımdır. “De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram!”” “Şeytan insanı təhrik edə bilər, Allaha sığınmalıdırlar. Dərhal özünü itirməyə ehtiyac yoxdur. Don, köynək küçəyə atılıb rüsvayçılıq çıxardırlar, savaşırlar. Allaha sığınıb, gözəl, mehriban bir rəftar göstərmələri lazımdır.

qurani-kərim

 

Muminun surəsi 96-97-ci ayələrin təfsiri

ADNAN OKTAR: Bismillah. Şeytandan Allaha sığınıram.

 

” Sən pisliyi yaxşılıqla dəf et . Biz onların aid etdikləri sifətləri daha  yaxşı bilirik” deyir Cənab Allah. Bax, ” Sən pisliyi yaxşılıqla dəf et ” Pislik nədir? İnsanları ikiyə bölmək, insanları fitnəyə aparmaq , şiə-sünni deyə qardaşlarımızı ayırmaq, bağlı-açıq deyə xanımları ayırmaq, insanların 99%-ni fasiq elan etmək, bunlar fitnədir. ”  Sən pisliyi yaxşılıqla dəf et” deyir Cənab Allah. “ Biz onların aid etdikləri sifətləri daha  yaxşı bilirik ” necə xarakterizə edir? İnsanların 99%-ni fasiq olaraq xarakterizə edirlər. Biz də mömin və müttəqi olaraq görürük qardaşlarımızı.

 

 “De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram” Biz şeytanın vəsvəsələriylə  hərəkət etmərik, fitnəyə düşmərik, şiəsi, Bektaşisi, vəhabisiylə, cəfərisiylə, sünnisiylə bütün müsəlmanları qardaşlarımız olaraq görürük. Başı açıq olan, başı bağlı olan, çarşablı olan hamısını qardaşlarımız olaraq görürük, hamısını çox sevirik. Hamısıyla danışırıq, hamısıyla görüşürük,  hamısına təbliğ edirik, hamısıyla hörmət və sevgi sərhədləri içərisində gözəl bir əlaqəmiz var inşaAllah.

images (5)