Muminun surəsi 115-116

Hörmətli Adnan Oktarın 25 dekabr, 2013-cü il tarixli söhbətindən Muminun surəsi ilə əlaqəli şərhləri.

ADNAN OKTAR:  Allah  Muminun surəsi, 115-ci ayədə buyurur, şeytandan Allaha sığınıram.  “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” Bəziləri deyir ki:“İnsan yaradılıb. Yaxşı niyə? “Elə yaradılıb” deyir. Allah göz mərcəyini (Gözdə işığın retina üzərində yerləşməsini təmin edən şəffaf quruluşunu) incəliklə dizayn edir. Optik sistem beyinə gedən sistem katrilyonlarla kompleks sistemdə işləyir. Baxın, katrilyonlarla. Və heç biri bir-birinə zərər verməyəcək şəkildədir. Bir-birinə mane olmayacaq və bir-birini tamamlayacaq şəkildə katrilyonun kvadratı qədər elektrik sistemlə təchiz edilib insan. Yəni böyük bir elektrik şəbəkə var. Bir-birini tamamlayan. Bu mükəmməlliklərdən biridir.

Bu niyə belədir, nə üçün belə olmuşdur deyə soruşuruq, “Elə olub” deyir. Allah da deyir ki,şeytandan Allaha sığınaram: “Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Muminun surəsi, 115) deyir Allah. “Həqiqi hökmdar olan Allah (hər şeydən) ucadır. Ondan başqa heç bir ilah yoxdur. O, Kərim (uca, qiymətli) olan ərşin Rəbbidir!” (Muminun surəsi, 116) Allah “hər şeyin gücü Məndədir” deyir. Məsələn, Türkiyədə bir çox hadisələr baş verir. Halbuki, taledədir. Hamısında xeyir var. Məsələn, yeni hökumət quruldu. Yeni… ardı...