Muminun surəsi 112-113 115-118

Hörmətli Adnan Oktarın 10 aprel 2013 -ci il tarixli söhbətindən Muminun surəsi ilə əlaqədar şərhlər.

 

ADNAN OKTAR: Zamanın nisbi olması nə qədər qəribədir. Baxın Allah deyir ki, Muminun surəsi 112- “Dedi ki: “İl sayı olaraq yer üzündə nə qədər qaldınız?” Bir insan bizə soruşsa, biz deyərik ki, məsələn 50-60 il qaldıq və ya 70-80, nə qədərsə deyilir. 113- “Dedilər ki: “Bir gün və ya bir gündən də az qaldıq “deyir. Yəni, uyğunlaşma miqdarı qədər. Bir gün, ən çox 24 saatdır deyir. Yəni, yatıb-oyandığını zənn edir. Səmimi qənaətini söyləyir. Eləymiş kimi hiss meydana gəlir. Baxın minlərlə il keçir, yüzlərlə il keçir fərq edə bilmir. 115- “Bizim, sizi boş bir məqsəd uğrunda yaratdığımızı və həqiqətən Bizə qaytarılmayacağınızımı sanmışdınız?” deyir Allah.

Adam deyir ya; “Allah var amma din yox” deyir. “Boş məqsədlə yaradıldı” deyir. Allah “siz eləmi zənn etmişdiniz” deyir, “boş məqsədmi?” Çünki nə qədər təfərrüatlar var. Qələm yaradılır, fincan yaradılır, yazılar yaradılır, Quran yaradılır, kompyuter yaradılır. Bu niyə yaradıldı? deyirik. “Heç” deyir adam “boş məqsədsiz yaradıldı. Heç bir məqsədi yoxdur” deyir. Belə sapqınlıq bir cavab verildikdə, qarşılığı da ona görə olur təbii. Bu qədər bir insanın dəli olması mümkün deyil. Deyilmi? Amma məlumatsızlığından, dar düşündüyündən, bəzi insanlar bunu söyləyə bilər. Amma… ardı...