Muminun surəsi 106

Hörmətli Adnan Oktarın 10 aprel 2013 -ci il tarixli söhbətindən Muminun surəsi ilə əlaqədar şərhlər.

 

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. “Dedilər ki: “Ey Rəbbimiz, bədbəxtliyimiz bizə qarşı üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq.” Bədbəxt olan insanların ağlına zərər gəlir. İmana qarşı bağlı hala gəlirlər. Bədbin insanlar. Onun üçün bəzi tiplər də, davamlı müsəlmanların ağlamasını istəyir. Deyirlər ki, “ağlayın bol-bol ağlayın.” Ayədə nə deyir bax; “bədbəxtliyimiz bizə qarşı üstün gəldi. “Şeytandan Allaha sığınıram, Muminun surəsi (106). “Dedilər ki: Ey Rəbbimiz, bədbəxtliyimiz bizə qarşı üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq” deyirlər. Əhli-küfr bədbəxt olur, bədbəxtliyi imansızlığına vəsilə olur, imansızlığı da bədbəxtliyinə. Yəni, kilidlənmiş bir sistem var. Onun üçün deyir ki, Allah onlar üçün, “az gülüb, çox ağlasınlar” deyir. Bəzi müsəlman qardaşlarımız nə deyir müsəlmanlara, “əsla gülməyin, bol-bol ağlayın” deyir. Ayə nə deyir; “az gülüb çox ağlasınlar” deyir. Müsəlman bəzi qardaşlarımız da, onların çox ağlamasını istəyir. Allah, küfrün xüsusiyyəti olaraq onu söyləyir. Müsəlmanı nə səbəbə ağladırsan, nə səbəbə bədbəxtliyə çəkirsən. Müsəlman xoşbəxt olsun, şən olsun, sevincli olsun. Allah müsəlmanların xoşbəxt olmasını istəyir. Üzlərində iman sevinci, iman parıltısı vardır deyir ayədə. “Nemətin parıltılı sevincini görərsən üzlərində” deyir, cənnətdə. Allah, sevinci bəyənir. “Bədbəxtliyimiz bizə qarşı üstün gəldi.” Deməli, bədbəxtlik imansızlığı çəkir.

kurani-kerimdeki-kalp-mucizesi_460x340scale