Mülk surəsi 1-3

Hörmətli Adnan Oktarın 28 noyabr 2010-ci il tarixli reportajından Mülk surəsi ilə əlaqədar verdiyi şərhlər.

        ADNAN OKTAR: Mülk surəsi. Rəhman və Rəhim olan Allahın adı ilə. Şeytandan Allaha sığınıram. “Mülk Əlində Olan Allah nə qədər xeyirxahdır. O hər şeyə qadirdir”. Bütün mal-mülk, hamısı, bütün dünya Allahındır. Allah beynimizdə yaradır. Çöldə mülk var, lakin görüntüsünü işıqlı halda, aydın görünə bilən halda, hisləriylə birlikdə, qoxusuyla, sərtliyi ilə yaxud yumşaqlığıyla, formasıyla, hər şeyiylə Allah yaradır. “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır”. Yəni Allah: “Həyatın yaradılmasındakı məqsəd, etdiyiniz hərəkətləri özünüzə göstərməkdir” deyir. Çünki, Allah bizim nə etdiyimizi bilir. Yəni Allah bizi bizə tanıdır.

Əgər yaxşı bir insanıqsa yaxşı olduğumuzu özümüz görürük, pis bir insanıqsa pis olduğumuzu görürük. Yəni danılacaq bir vəziyyət qalmır. “Yeddi göyü bir-birilə tamamilə uyğun təbəqələr şəklində quran Odur”. Bu da çox böyük möcüzədir. Allah göy təbəqələrini yeddi qat olaraq yaratmışdır, müasir elm isə bu həqiqəti sonradan müəyyənləşdirdi. Budur mezosfer, troposfer və s., yeddi qatdır və həqiqətən bir-biri ilə uyğundur. Bu Quranın, Allahın bir möcüzəsidir. “Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq və ziddiyyət tapmazsan”. Mütləq bir-biri ilə uyğundur. Məsələn, xromosomlar, atomlar, neytronlar, protonlar və… ardı...