müddət
Hz. Mehdi (ə.s)-ın vəzifə müddəti müxtəlif dövrlərdən təşkil olunar
Hz. Mehdi (ə.s), Allahın izniylə 35-40 yaşları arasında vəzifəyə başlayacaq. Özü 40 yaşlarında zühur etdiyində xalq tərəfindən onun hz. Mehdi (ə.s) olduğu bilinməyəcək, ancaq zaman keçdikcə bu aydın olacaq. Bəzi kəslərin iddia etdikləri kimi; Hz. Mehdi (ə.s) zühur edər–etməz aydın olacaq axirət xüsusiyyətlərinə sahib; atom bombasının, tankların, topların belə təsir etmədiyi, başının üstündə açıq-aşkar görünən bir şəkildə bulud üzərində mələklər görünən bir adam olmayacaq.
Mələklərin görünməsi, ancaq mələklər aləmində reallaşan, mələklərin görəcəyi bir hadisə olacaq. (Doğrusunu Allah bilir.) Ancaq Peyğəmbərimiz (s.ə.v)–in səhih hədislərində belə bir Mehdi tərifi qətiyyən yoxdur. Allahın adətullahında (qayda qanununda), yaradılan hər insan imtahan olunur. Bu cür axirət xüsusiyyətlərinə sahib heç bir peyğəmbər yer üzünə gəlməmişdir.
Hz. Mehdi (ə.s) insanlar tərəfindən Allahın onu meydana gətirib vəsilə edəcəyi çox saydakı uğuru ilə tanınacaq. İslam əxlaqının dünyaya hakim olmasına Allah onu vəsilə edəcək və insanlara hz.Mehdi (ə.s)-ı tanıdacaq. Ancaq əsas hz.İsa (ə.s)-ın; onun imamlığında, arxasında namaz qılmasıyla özünün hz.Mehdi (ə.s) olduğu aydın olacaq, “Allahualəm bu insan hz. Mehdi (ə.s)-dır” deyiləcəkdir.
Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in Axırzamanla əlaqədar… ardı...
ALLAH TƏALA ONUNLA (HZ. MEHDİ (Ə.S.) İLƏ) insanların arasına bir örtü çəkər, ONLAR ONU GÖRƏR, AMMA TANIMAZLAR.
(Kemalu’d-din c.2 sf.351) |