Müddəssir surəsi 50-51 54-55

Hörmətli Adnan Oktarın 11 Avqust, 2013-cü il tarixli söhbətindən Müddəssir surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Allah deyir ki; “Sanki onlar, ürkmüş çöl eşşəkləri kimidirlər; Aslandan qorxub-qaçmışlar.” Aslan hz. Mehdi (ə.s)-ın soyadıdır. Onun ləqəbi “Aslandır.” Aslan hz. Əli (r.ə)-ın da ləqəbi idi. “Kərəm Allahı Müvəccəh; Aslan, Əsədullah, Heydəri-kərrar. “Xeyr, bu (Quran) bir öyüd-nəsihətdir! İstəyənlər ondan öyüd alıb düşünər.” Bax, “İstəyənlər ondan öyüd alıb düşünər.” Allah insanları həmişə düşünməyə dəvət edir. Düşündükdə beyin inkişaf edər, hikmət və ağıl inkişaf edər. Düşünmədikdə, Allah əsirgəsin öküz kimi, axmaq insanlar meydana gələr. Düşünən insanlar, Allah tərəfindən gözəlləşdirilir, möhkəmləndirilir. Allah tərəfindən xoş, hikmətli, keyfiyyətli və yüksək dərəcəli insan olarlar.

kurani-kerim