müdafiə etmək

Adnan Oktarın 23 aprel 2011 A9 Tv, Aksu Tv Və Qaziantep Olay Tv-dəki canlı söhbətindən

ADNAN OKTAR: Allah Ənfal surəsi 73-cü ayədə deyir ki, şeytandan Allaha sığınıram: “İnkar edənlər bir-birlərinin vəliləridir”, mütəşəkkil hərəkət edərlər, dünya səviyyəsində bir-birlərini qoruyub, müdafiə edərlər. Məsələn, darvinist, materialist olan insanlar. Fransada da olsa, İngiltərədə də olsa, Türkiyədə də olsa, başqa yerlərdə də olsa, çox diqqətlə bir-birlərini dəstəkləyirlər. Dünya səviyyəsində bir ittifaq olur. Məsələn, Liviyaya qarşı hərəkətdə baxırsan, tam bir ittifaq olur. Başqa İslam ölkələrinə qarşı hərəkətdə mətbuatıyla, radiosuyla, televiziyasıyla, hər şeyiylə, universitetləriylə tərifi mümkün olmayan, sanki belə bir hökumətmiş kimi  bir rəhbərliyin bunları idarə etdiyini görürük.

Nə deyir Allah? Şeytandan Allaha sığınıram. “İnkar edənlər bir-birlərinin vəliləridir”. Bütün dünya səviyyəsində bir-birlərini qoruyarlar, mütəşəkkil hərəkət edərlər. Bir yerdən olan bir hadisədən hamısının xəbəri olar, birinə bir zərər gəldikdə hamısı birlikdə onu qurtarmağa çalışar və qurtararlar öz imkanlarıyla. Öz düşüncələrinə zidd bir düşüncə olduğunda da, məsələn anti-darvisint bir hərəkət olduqda da dünya səviyyəsində hamısı ittifaq edərlər. Necə ki, bizim fəaliyyətimizdə bütün dünyada darvinistlər ayağa qalxdılar, bu Yaradılış Atlasından sonra. Yeni Qvineya Bissaudan tut, Kambocadan çıx. Rusiyadan Amerikadan çıx. Ağlasığmaz bir ittifaq şəbəkəsinin olduğunu, ağlasığmaz mütəşəkkil bir quruluş olduğunu minlərlə yazıdan, məqalədən gördük. Necə ki, Avropa Birliyi yığıncağında… ardı...

 

“Ümmətimin içində qorxunc hadisələr olar, İNSANLAR SIĞINMAQ ÜÇÜN ALİMLƏRİNİN YANINA GƏLƏRLƏR VƏ BİRDƏN-BİRƏ ONLARIN MEYMUN VƏ DONUZ OLDUQLARINI GÖRƏRLƏR.” (İmam Şarani, Ölüm Kıyamet Ahiret ve AhirZaman Alametleri Muhtasaru Tezkiretil Kurtubi, səh. 470)     

 

Axırzamanda bir qisim saxta din alimləri darvinizmi müdafiə edəcək və özlərinin təkamüllə meydana gəldiklərinə inanacaqlar. Özlərinin meymun, yəni bir növ heyvan olduqlarını iddia etdikləri üçün Peyğəmbərimiz (s.ə.v) də bu kəsləri “meymun” olaraq xarakterizə etmiş; “meymunlar kimi olacaqlarını” xəbər vermişdir.

 

Hədisdə ayrıca bəzi saxta din alimlərinin də, donuz kimi inadkar, sərt, sevgisiz, təcavüzkar, hər tapdığını yeyən, şəfqətsiz və ruhsuz olacaqlarına işarə edilmişdir.

R0042