Mömün
Hörmətli Adnan Oktarın 30 noyabr 2013-ci il tarixli söhbətindən “Möminin Allah qorxusundan içi titrəyər” mövzusu ilə əlaqəli ayələrin şərhləri.
Adnan Oktar: Məsələn, Allah deyir ki, Əhzab surəsi 39. Şeytandan Allaha sığınıram, “Axı onlar (o peyğəmbərlər) Allahın risalətini təbliğ edənlər, Ondan (Allahdan) içləri titrəyərək qorxanlar” möminin içi titrəyir. “Necə olur?” deyir. Olur. Allah elə yaradır. Ənbiya surəsi, 49; “Onlar, Rəbbinə qarşı qeyb ilə (Onu görmədikləri halda) bir qorxu içindədirlər və onlar qiyamət saatından içləri titrəyənlərdir”.(Ənbiya surəsi, 49). Demək ki, Allah sevgisindən də, Allah qorxusundan da insanın ürəyi titrəyər. İnsanda bir insan Allahın təcəllisini görsə, Allahın Nur, Camal adının təcəllisini görsə, içi titrəyər. Bu bir gözəllikdir, bir üstünlükdür. Amma sevgisizlərə sən bunu izah etməyə çalışsan, heç cür anlamaz. İstədiyin qədər izah et. Aylarla, illərlə izah et, yenə anlamaz.
Heç bir şeyin möminləri ədalətdən çəkindirməməsi
Ədalət, insanlar arasındakı anlaşılmazlıqlar həll edilən zaman haqlı olan şəxsə tərəfsiz bir şəkildə haqqının verilməsi başa düşülür. Ancaq Quran əxlaqını yaşamayan insanlar tam və qəti şəkildə ədalətli hərəkət etməzlər. Qərar verərkən bir çox xarici faktor onların qərarlarına müsbət, ya da mənfi istiqamətdə təsir edə bilər. Məsələn, haqqında qərar verəcəyi insanlardan, özünə daha yaxın gördüyü adamın lehinə qərar verə bilər. Yaxud da mənfəətinə uyğun hesab etdiyi və özünə fayda verəcəyini düşündüyü şəkildə hökm verər, yəni hər cür şəxsi xeyiri üçün qərarında ədalətli olmaya bilər.
Ancaq insanların ədalətsizlikləri ən çox kin saxladıqları insanlara qarşı olan rəftarlarında ortaya çıxar. Nəfsi örtən bir kin duyğusunda olan şəxs qarşısındakı insan haqqında müsbət bir qərara gəlməkdə çətinlik çəkər. Keçmişdən bəri içində saxladığı bir kin, qarşı tərəf haqlı belə olsa bu haqlılığı ortaya çıxarmasına icazə verməyə bilər ya da kin saxladıqları adamların haqqına təcavüz etdirə bilər.
Buna görə də Allahın insanlara nazil etdiyi Quran ayəsində kinin ədalətə mane olduğunu xüsusilə bildirmiş və müsəlmanları bu mövzuda xəbərdar etmişdir.
Ey iman edənlər, ədalətli şahidlər olaraq, Allah üçün, haqqa dəstək olun. Bir camaata olan kininiz, sizi ədalətdən çəkindirməsin. Ədalət göstərin. O, təqvaya daha yaxındır. Allahdan qorxub çəkinin. Şübhəsiz Allah, etməkdə olduqlarınızdan xəbər… ardı...