Mömün surəsi 4-5 8-13

Hörmətli Adnan Oktarın 11 mart 2011-ci il tarixli reportajından Mümin surəsi ilə əlaqədar şərhlər.

ADNAN OKTAR: Mümin surəsi, 4-cü ayə “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər”. Bax, “Allahın ayələri barəsində yalnız kafirlər mübahisə edərlər”. Yəni Allah: “Dinə, İslama qarşı bütün gücləriylə mübarizə apararlar” deyir, “yazılı da olsa, şifahi də olsa, hərəkəti də olsa, yaxud zorakılıqla da olsa mübarizə apararlar” deyir. “Elə isə onların şəhərlərdə gəzib- dolaşmaları səni aldatmasın”. Yəni: “Onların göstəriş xətrinə yürüş etməsi, göstəriş etməsi, küçələrdə aksiya keçirmələri səni aldatmasın” deyir. Bax, Allah:

“Elə isə onların şəhərlərdə gəzib-dolaşmaları səni aldatmasın” deyir. Kütləvi yeriyişlər etmələri və yaxud başqa cür. “Onlardan əvvəl Nuh qövmü də elçiləri yalançı saydı və özlərindən sonra (çoxsaylı) firqələr də. Hər ümmət öz elçilərini yaxalamağa qəsd etdi”. Hz. Mehdi (ə.s)-ın niyə yaxalanacağını, niyə həbsə atılacağını da, buradakı ayədən başa düşürük. Bax: “Öz elçilərini yaxalamağa qəsd etdi” deyir. Allah: “Hər bir ümmət bunu mütləq etdi” deyir. “Haqqı onunla qüvvədən qaldırmaq məqsədiylə, “batilə əsaslanaraq” mübarizəyə girişdilər”.

Yəni darvinist, materialist işlər gördülər, yaxud da buna bənzər. “Mən də onları yaxaladım. Artıq Mənim cəzam necəymiş!” deyir. “Gördülər” deyir. 8-ci ayədə: “Ey Rəbbimiz! Onları da, onların atalarından, zövcələrindən və nəsillərindən olan əməlisalehləri də onlara vəd etdiyin Ədn bağlarına daxil et”. “Deməli,… ardı...