Mömin (Ğafir) surəsi 55 57 49-52 65 60-61

Hörmətli Adnan Oktarın 5 Avqust 2013-cü il tarixli söhbətindən Mömin surəsi ilə bağlı izahları.

ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Allah Mömin surəsi, 55-ci ayədə deyir: Sən səbir et. Həqiqətən Allahın vədi haqdır.” Həmişə Allahın vədinə güvənmək lazımdır. Allah: “İslam Birliyi quracağam” deyirsə, demək ki, haqdır, gözləyirik. Mehdisi mövzusunda vədi haqdır. “Günahın üçün bağışlama dilə”, yəni üzr istə. Onda bərəkət var, gözəllik var. Allah bütün müsəlmanların, hamımızın günahlarını bağışlasın.

“Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et!” Əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah. Hər vaxt Allaha həmd edirik. Nə gözəldir, sağlamlıq, səhhət verir, gözəllik, yaxşılıq, bərəkət verir. Əslində kompleks bir şey yoxdur. Allah: “Mənə həmd edin, dost olun, gözəl yaşayın” deyir. Amma qədərdə (taledə) döyüşlər də var. Çünki döyüş olmazsa, insanlar sülhün ləzzətini almaz.

Şeytandan Allaha sığınıram. Allah Mömin surəsi, 57-ci ayədə deyir: “Əlbəttə göylərin və yerin yaradılması, insanların yaradılmasından daha böyükdür. Ancaq insanların çoxu bilməzlər.” Allah: “İnsan yaradılışı çox asandır” deyir. İnsanlar deyir: “Necə oldu?” deyir. Allah: “Mənim üçün çox asandır” deyir. Məsələn, bir neçə layları olan aynaya baxırlar, güzgü bir neçə lay olduğuna görə orada bir anda yüzlərlə insan meydana gəlir. Allah istəsə, onlara dərhal ruh verib canlı hala gətirər.

“(Cəhənnəm gözətçiləri) deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələr… ardı...