meydana gəlmək

Adnan Oktarın Adıyaman Asu TV-dəki canlı reportajı (24 yanvar 2011)

 

ADNAN OKTAR: Məsələn, ən başda belə bir qarışıqlıq çıxmaz.  Çıxmış olsa belə, Mehdi (ə.s)-ın tək bir sözü ilə sakitləşər. Tək bir sözü ilə dərhal mövzu bitər. Baxın, Mehdi (ə.s)-ın olmaması, minlərlə insanın vəfatına, minlərlə insanın şəhid olmasına, qan axmasına, quruda, havada, hər yerdə fəsad çıxmasına səbəb olur. Baxın, indi ayədə deyir ki; Rum surəsi, 41 “İnsanların öz əlləriylə qazandığına görə, quruda və dənizdə fəsad çıxdı.” Fitnə  çıxdı. “Ümid edilər ki, dönərlər deyə (Allah) onlara etdiklərinin bir qismini özlərinə daddırdır.” Rum surəsi, 41. “Quruda və dənizdə fəsad ortaya çıxdı.”  Əbcədi 1851 tarixini verir. 1851 tarixi, Darvinin Allahsızlığını elan etdiyi tarixdir. Və dəniz canlılarının təkamüllə meydana gəldiyinə dair şərhini etdiyi tarixdir. Baxın, “quruda və dənizdə fəsad çıxdı.” 1851-ci il ilk ortaya qoyduğu azğın fikirlər və ilk yanlış fikirləri ortaya atdığı zamandır. O zamandan azdılar, ondan sonra hadisələr başladı. Ayənin 1851 tarixinə diqqət çəkməsi, “quruda və dənizdə fəsad çıxdı.” ayəsinin 1851 tarixini verməsi möcüzədir. Quranda bir çox mövzu bu şəkildə  kodlaşdırılmışdır. Baxın, adam “balıqqulağının dəyişən şərtlər qarşısında, funksiyalarının dəyişə biləcəyini, dəniz canlılarının təkamül keçirdiyi” iddiasını ilk dəfə o zaman ortaya qoyur. Və 1851-də eyni zamanda Allahsızlığını elan edir. Peyğəmbərimiz (s.ə.v) bir şeyi üç dəfə söyləmişdir, əhəmiyyətli olduğu üçün mən də bir neçə dəfə vurğulayıram.

 

İmam Rəbbani həzrətləri hz. Mehdinin zühurundan əvvəl bir çox əlamətin reallaşacağını bildirmiş və bu əlamətləri də möcüzə hallar kimi xarakterizə etmişdir:

 

MEHDİNİN ZÜHURU YAXINDADIR. ONUN ZÜHURU ZAMANI, YÜZ (ƏSR) BAŞINA GƏLƏNƏ QƏDƏR NƏ QƏDƏR MEBDELƏR (BAŞLANĞIC ƏLAMƏTLƏRİ) VƏ MÜQƏDDİMƏLƏR (ÖN ƏLAMƏTLƏR) ZÜHUR EDƏCƏK…. 

MEHDİ DAHA BÖYÜKDÜR. Bu səbəbdən, İslama və müsəlmanlara böyük güc gələcəkdir. Onun vəlayətinin zahiridaxili böyük qənaəti vardır. Bir çox möcüzə halların və kəramətlərin sahibi olacaq. ONUN DÖVRÜNDƏ, BİR ÇOX HEYRƏT YARADAN HALLAR BAŞ VERƏCƏK…. Onun cismən zühurundan əvvəl, MÖCÜZƏ HALLAR BAŞ VERƏCƏK.  İmamı Rəbbani, Məktubatı Rəbbani, 2-ci cild, 381. Məktub, səh. 1184-1186)

 

İmam Rəbbani həzrətlərinin bildirdiyi bu möcüzə hadisələrin hamısı hicri 1400-cü ildən başlayaraq dövrümüzə qədərki 30 illik müddətdə Peyğəmbərimiz (s.ə.v)-in izahıyla möcüzəvi şəkildə təsbeh dənələri kimi bir-birini izləyərək reallaşmışdır.

 

Allah Elçisi sallallahu əleyhi və səlləm buyurdu: “… köhnəlmiş ipi qopan bir boyunbağının dənələri kimi bir-birinin ardınca gələn əlamətləri gözləsinlər.”

Əbu Hureyre radıyallahu anh. Tirmizi.

 

Qiyamət əlamətləri bir-birini izləyərək baş verəcək. Bir silsilə muncuqların ard-arda qopması kimi.  (ramıq-Əl Ehadis, 277/6; Camiü’s-Sagir, 3/167)

 

(Digər hədislər üçün baxın. <http://www.hazretimehdi.com/cikis.php>)

 

Aşağıda yalnız az… ardı...