mehdiyyət

Quranda mehdiyyət ilə əlaqədar ayələr

ADNAN OKTAR: Zumər surəsi 22-ci ayə. Şeytandan Allaha sığınıram. “Allah kimin köksünü (qəlbini) İslam üçün açmışsa artıq o, Rəbbindən nur üzərindədir, (elə) deyilmi?!” Əbcədi 2022-ci il tarixini verir. Şəddəsiz də 1990-cı il tarixini verir. “Elə isə vay qəlbləri Allahın zikrinə (Qurana) qarşı sərt olanların halına! Onlar (haqq-yoldan) açıq-aydın azmışlar”. Bu da dəccaliyyətə işarə edir. Quranda  mehdiyyətdən, dəccaliyyətdən bəhs edilir. Həmişə mehdilərin və dəccalların mübarizəsi Qurana hakimdir. Hansı səhifəni açırsınız açın, mehdilərlə dəccalların döyüşünü, mübarizəsini görərsiniz. Hər hansı bir səhifə açaq baxaq, Bismillah.

Şeytandan Allaha sığınıram. “Onun özlərinə heç bir sözünə cavab verə bilmədiyini və onlara nə bir zərər, nə də bir xeyir verməyə qadir olmadığını görmürdülərmi?! Onlara böyürən bir buzov heykəli (düzəldib) çıxartdı”, o dövrdəki dəccaliyyət insanları haqq dindən ayırmaq üçün qızıldan  buzov heykəli düzəldiblər. Dindən azdırmaq, mehdiyyəti dayandırmaq üçün, mehdiyyətə qarşı həll axtarırdılar. Qızılla, buzov heykəli ilə, böyürən bir buzov heykəli ilə insanların gözünü bəzəməyə çalışırdılar. “Bu sizin tanrınızdır. Musanın da tanrısı budur, lakin unutmuşdur”. Ona da unutması ilə bağlı iftira atırlar, hörmətləri yoxdur.

“Harun isə bundan əvvəl onlara belə demişdi: “Ey ümmətim! Siz bununla  yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəhmandır. Mənə tabe olub əmrimə itaət… ardı...