Mehdilik mövzusu

Mehdilik mövzusunu inkar edənlərin “imanları zəif və eqoistlikləri güclü” kəslərdir

Qiyamət əlamətlərindən və Axırzaman vaqiələrindən (hadisələrindən) və bəzi amalin (əməllərin) fəzilət və savablarından bəhs edən hədisi-şərif yaxşı başa düşülmədiyindən, ağıllarına güvənən bir qisim əhli-elm (elm sahibi),onların bir qisminə zaif (zəif) və ya mövzu (hədis) demişlər. İmanı zəif və eqoistliyi güclü olan bir qisim də (ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və sanki öz nəfsini bütləşdirən kəslər də (Allahı tənzih edirik)), inkara qədər getmişlər”. (Sözler, səh. 355)

Bədiüzzaman Səid Nursi eqoistliyi güclü, imanı zəif, materialist fikirlərə düşmüş bir qisim cahil din alimlərinin hz. Mehdi (ə.s)-ın gəlməyəcəyi mövzusunda mübarizə edəcəklərini xəbər vermişdir. Bədiüzzaman “eqoistlikləri möhkəm” sözləri ilə bu kəslərin ağlını bəyənən, özünü böyük, qüsursuz və üstün görən; və sanki öz nəfsini bütləşdirən kəslər olduqlarına diqqət çəkmişdir (Allahı tənzih edirik). “İmanı zəif” sözləriylə isə bu dünyagörüşlərinin, bəhsi keçən din alimlərinin Allah inanclarının zəif olmasından, dinə qarşı da şübhəli olmalarından, dini bir peşə, ya da etibar vəsiləsi olaraq görmələrindən qaynaqlandığını ifadə etmişdir.Ancaq bəhs olunan kəslərin hz. Mehdinin gəlməyəcəyi mövzusundakı inancları hz. Mehdi (ə.s)-ın gəliş əlamətlərindən biridir və hz. Mehdi (ə.s)-ın zühurunun çox yaxınlaşdığını göstərən bir hadisədir.

Peyğəmbərimiz (s.ə.v) hədislərində hz. Mehdi (ə.s)-ın zühurundan əvvəl bəzi kəslərin: “Hz. Mehdi gəlməyəcəkmiş, hz. Mehdi yoxmuş”… ardı...