Mehdi Ali-Rəsul

Əhəmiyyətli məsələlərdən biri də budur ki, bəzi nur tələbələri, Ustadın hz. Mehdi (ə.s)-dan bəhs edərkən istifadə etdiyi Mehdi və Mehdi Ali-Rəsul sözlərini bir-birindən ayrı mənada ifadə etmiş kimi iddia edirlər. Mehdi sifətinin Mehdi Ali-Rəsul sifətindən daha aşağı bir məqamı kimi ifadə edirlər, çünki Ustadın bəhs etdiyi Mehdi Ali-Rəsul ifadəsində keçən “Rəsul” sözünün “əsər verilən” yəni əsərə sahib çıxacaq, əsərdən istifadə edəcək olan şəxs mənasında olduğunu bildirir. Buna görə də İmam Rəbbani Həzrətləri, Gilani Həzrətləri, Mövlana Xalid və Ustad Həzrətləri “əsərin sahibi olan mücəddidlər” ifadə etdiyini iddia etmişdirlər. Axırzamanın Mehdisi isə Ustadın hazırladığı əsərlərdən faydalandığına görə əsər sahibi ola bilməyəcək, bu səbəblə də Mehdi peyğəmbər olmayacaq.

 

Halbuki, Peyğəmbərimiz (s.ə.v)-dən rəvayət edilən hədisi-şəriflərdə hz. Mehdi (ə.s)-ın əlində öz hazırladığı böyük əsərlərinin olacağı və inkar edənlərə qarşı bu nəhəng əsərlərlə fikri bir mübarizə aparacağı bildirilmişdir:

 

Mən əsfarla (böyük kitablarla) mübarizə etmədikcə dünya getməz (qiyamət qopmaz) … Onlarla fikri mübarizə etmək üçün Allah yolunda döyüşən, laimin levmindən (yəni başqasını pisləyən dedi-qodudan, qınayanın qınamasından) möminlərin seçilmişlərindən olan Hicaz əhli yola çıxacaq və KONSTANTİNOPOL  İLƏ  RUMİ  (ROMANI) TƏSBEH VƏ  TƏKBİRLƏ  FƏTH EDƏCƏKLƏR  … O şəhərin divarları bir-bir yıxılacaq… “ (İbni Mace ve Hakim)

 

Yenə İmam Sadiqdən (r.ə)… ardı...